Mojo.az Banner
23:01 Tarixin ən fəlakətli ili məlum oldu  |     22:54 Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?  |     22:51 Azərbaycan Ordusu ilə bağlı saxta video yayılıb  |     22:50 Oman sahilləri yaxınlığında tankerə hücum edilib  |     22:22 Yuxuda qızıl tapmaq nə deməkdir?  |     22:17 Polis 1 tondan çox çətənə kolunu məhv etdi  |     22:12 Britaniyada "Harri Potter" filmindəki qatara görə parovozlar qadağan edildi  |     22:06 Maştağada 52 yaşlı kişinin meyiti tapıldı  |     22:00 "Bəxt quşu" 4 BÜRCÜN çiyninə qonacaq  |     21:52 Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət alıb  |     21:46 İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?  |     21:41 Trampın sosial media paylaşımları pulla satılacaq  |     21:32 "Moody’s" SOCAR-ın reytinqini açıqladı  |     21:27 Konqoda Ebola virusundan ölənlərin sayı artır - Son rəqəmlər  |     21:19 Niyə toksik insanların çoxlu dostu olur? – SƏBƏBİ  |     21:13 İraqda Starlink rəsmi fəaliyyətə başlayır  |     21:00 Əhmədabad şəhərində güclü partlayış - Ölənlər var  |     20:53 Antonelli "Formula-1" üzrə Belçika Qran-prisinin təsnifat mərhələsinin qalibi olub  |     20:41 Gəncədə bir yaşlı uşaq xəstəxanada öldü  |     20:35 Qadınlarda kişilərdə olmayan genetik müdafiə mexanizmi aşkarlandı  |    
Left Banner
Right Banner

Bakı metrosunda siqaret çəkən şəxs saxlanıldı

16.07.2019 12:27 3 662
Bakı metrosunda siqaret çəkən şəxs saxlanıldı
Bakı Metropolitenindən istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkənin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, qeydə alınan videogörüntülər metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən araşdırılıb və həmin şəxsin əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyən edilib.

Şöbənin baş inspektoru Amil Səmədovun sözlərinə görə, Daxili İşlər Nazirliyi və Baş Polis İdarəsinin rəhbərliyinin göstərişi əsasında axtarış tədbirləri həyata keçirilib:

“Müəyyən edilib ki, həmin görüntülər 14 iyul 2019-cu il tarixindən 15 iyul 2019-cu il tarixinə keçən zaman “28 May” - “Həzi Aslanov” xətti üzrə hərəkət edən vaqonda lentə alınıb. Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metrodan istifadə qaydalarını pozan Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu saxlanılaraq şöbəyə gətirilib”.

Polis Şöbəsinə gətirilən şəxs etdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.

Faktla bağlı C.Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4-cü (Metropolitendən istifadə qaydalarının pozulması, keçidlərdə və platformalarda, vaqonlarda siqaret çəkmə) maddəsi ilə protokol tərtib edilib və o, cərimə edilib.скачать dle 11.3
Mojo.az Banner