Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“Qorxmuram, burada nə var ki?” - Azyaşlıları çimərliyə nəzarətsiz buraxanlar - VİDEO

09.07.2019 20:34 4 295
“Qorxmuram, burada nə var ki?” - Azyaşlıları çimərliyə nəzarətsiz buraxanlar - VİDEO
Səma günəşli, amma dəniz küləkli. Bu vəziyyətdə neyləmək lazımdır? Dənizə girməmək. Bəziləri nəinki dənizə girir, hələ, üstəlik, azyaşlı övladını küləyə məhəl qoymadan dənizə buraxır.

Median.Az
bildirir ki, bəzi çimərliklərə üz tutan ARB TV-nin əməkdaşları sakinlərdən bunun səbəbini soruşaq qərarına gəliblər.

Azyaşlı: "Sudan qorxmuram. Nə var ki, sudu da, üzürsən çıxırsan".

Azyaşlı: "Bizim "kruqumuz" var deyə uzağa gedirik".

Azyaşlı: "Mən qorxmuram üzməkdən, suda balinalar yoxdu, uzağa getməkdən də qorxmuram".

Xilasedici: "Valideyinlərinə xəbardarlıq olunur, plakatlar basdırılır, nəzarətsiz qoyurlar".

2018-ci il ərzində 304, 2019-cu ilin geridə qalan müddətində isə 79 nəfər Xəzərin qurbanı, yox özünün Xəzərdəki qurbanı ola bilərdi. Bəli, əksər hallarda çimərlikdə yaşanan bədbəxt hadisələrin günahkarı elə insanların məsuliyyətsizliyi olur. Bu cür məsuliyyətsiz davranışların qarşısını qismən də olsa ala bilmək üçün Fövqəladə Hallar Nazirliyinin aiddiyəti xidməti fəaliyyətini yay aylarında daha da gücləndirib.

Aqşin Əlili - FHN-nin sularda xilaetmə dövlət xidmətinin mətbuat katibi: "Xidmətin ölkə ərazisində fəaliyyət göstərən 43 struktur bölməsinin balansında olan texnika və vasitələr işlək vəziyyətə gətrilmişdir. Üzmə sərhədlərini müəyyən edən işarələr yerləşdirilmişdir. Çimərliyi istifadə edən əhaliyə maarifləndirilməsi məqsədi ilə maarifləndirici lövhələr qoyulmuşdur".

Fövqəladə Hallar Nazirliyi bir daha xəbardarlıq edir ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, işarələnmiş yerləri ötüb keçmək, küləkli havada, eləcə də sərxoş vəziyyətdə dənizə girmək, çimərlikdə gecələmək, suda kobud hərəkətlər etmək qəti qadağandır və bunlar insan həyatı üçün birbaşa təhlükə hesab edilir.скачать dle 11.3
Mojo.az Banner