Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“Bakubus”un yük maşını ilə toqquşması zamanı yaralananların kimliyi bəlli oldu - YENİLƏNİB

08.07.2019 11:13 2 664
“Bakubus”un yük maşını ilə toqquşması zamanı yaralananların kimliyi bəlli oldu - YENİLƏNİB
Hövsan yolunda baş verən ağır qəzada yaralananların kimliyi müəyyənləşib.

Median.Az
xəbər verir ki, qəza zamanı “Ford” markalı yük avtomobilinin sürücüsü 1982-ci il təvəllüdlü Babacanov Ramil Əli oğlu, sərnişin avtobusunun sürücüsü 1978-ci il təvəllüdlü Əliyev Rabil Alim oğlu və sərnişinlər 62 yaşlı Kazımov Fazil Mahmud oğlu, 39 yaşlı İsmayılov İsa Zahid oğlu və 1978-ci il təvəllüdlü Novruzova Bahar Fərəməz qızı xəsarət alıb.

Yaralılar təcili olaraq xəstəxanaya yerləşdirilib.

R.Babacanova döş qəfəsinin əziyi, F.Kazımova sağ əlin barmaqlarının sınığı, İ.İsmayılova sağ baldırın və sol qolun kəsilmiş yarası, R.Əliyevə döş qəfəsinin əziyi, B.Novruzovaya isə döş qəfəsinin əziyi diaqnozu qoyulub.

***

Hövsan yolunda ağır qəzada 5 nəfər xəsarət alıb.

Median.Az
xəbər verir ki, axşam saatlarında Hövsan yolunda qəza baş verib.

“Ford” markalı yük avtomobili “BakuBus” MMC-yə məxsus 175 nömrəli marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusu ilə toqquşub.

Nəticədə yük avtomobilinin sürücüsü və sərnişin, eləcə də, avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Yaralıların vəziyyəti və şəxsiyyəti hələlik məlum deyil.

Qeyd edək ki, uzun illərdir Hövsan yolunda işıq dirəkləri olsa da, dirəklərə elektrik enerjisi verilmir. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, yolun qaranlıq olması səbəbindən hər ay bu yolda ölümlə və xəsarətlə nəticələnən ağır qəzalar baş verir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner