Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Arzu Əliyevanın filmi Avropa Şurasında - FOTO

05.07.2019 11:54 3 187
Arzu Əliyevanın filmi Avropa Şurasında - FOTO
Strasburqda Avropa Şurasının mənzil-qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı və Bakı Media Mərkəzinin dəstəyi ilə reallaşmış təqdimatda diplomatik korpus və təşkilatın əməkdaşları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov ölkəmizin diplomatik xidmət orqanlarının yaranması tarixindən və qısa müddətdə gördüyü işlərdən danışıb.

O, “Əbədi ezamiyyət” sənədli filmi barədə məlumat verərək bildirib ki, ekran əsəri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanıdılması məqsədilə 1919-cu ilin yanvarında parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam olunmuş nümayəndə heyətinin taleyindən bəhs edir. Ekran əsəri xalqımızın dünyəvi və demokratik dəyərlərə XX əsrin əvvəlindən sahib olduğunu göstərir.

Sənədli filmin nümayişi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Sonda tədbir iştirakçılarına “İRS” jurnalının Azərbaycan diplomatiyasının 100 illik yubileyinə həsr olunmuş xüsusi nömrəsi təqdim edilib.





скачать dle 11.3
Mojo.az Banner