Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağsuda zəlzələdən dağılan 16 ev tikilərək ailələrə təhvil verilib

04.07.2019 22:57 1 504
Ağsuda zəlzələdən dağılan 16 ev tikilərək ailələrə təhvil verilib
Ağsu rayonunda baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi prosesi davam edir.

Ağsu Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, hazırda qəzalı evlərin 198-i sökülüb yenidən tikilir: "Artıq 16 evin tikintisi başa çatdırılaraq sakinlərə təhvil verilib. Həmin evlərin 13-ü şəhər ərazisində, 3-ü isə kəndlərdədir. Tikilməkdə olan digər evlərdə tamamlanma işləri aparılır. Yaxın vaxtlarda tikinti-təmir işləri başa çatacaq və həmin evlər hissə-hissə ailələrə təhvil veriləcək".

Komissiyadan bildiriblər ki, hadisə nəticəsində qəzalı vəziyyətə düşən digər evlərin söküntü işləri davam etdirilir: "Bundan başqa, rayon ərazisində zəlzələ nəticəsində zədələnən 81 evdə bərpa işləri aparılır. Artıq 5 evdə bərpa işləri başa çatdırılıb. Yaxın günlərdə təmirə ehtiyacı olan evlərdə də işlər başlanacaq".

Xatırladaq ki, bu il fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.скачать dle 11.3
Mojo.az Banner