Mojo.az Banner
20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |     18:38 Azərbaycanda hava KƏSKİN DƏYİŞƏCƏK: Yağış, dolu, qar və sel gözlənilir - XƏBƏRDARLIQ  |     18:05 Həkimi döydü, xadimənin sümüyünü sındırdı  |     17:50 Deputatların pensiyaları ilə bağlı YENİ QAYDA  |     17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağsuda zəlzələdə dağılan 66 evin tikintisinə başlanıldı

23.04.2019 23:37 1 774
Ağsuda zəlzələdə dağılan 66 evin tikintisinə başlanıldı
Ağsu rayonunda zəlzələdən qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi prosesi davam etdirilir.

Median.Az
xəbər verir ki, bu barədə Trend-ə Ağsu rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda rayon ərazisində 66 ev yenidən inşa olunur. Həmin evlərin 47-si Fövqəladə Hallar Nazirliyi, 19-u isə Heydər Əliyev Fondu tərəfindən tikilir:

"İnşa edilən evlərin bir neçəsinin tikintisi başa çatmaq üzrədir. Artıq bəzi evlərin dam örtüyü vurulur, bəzilərinin isə fasad suvanmasına başlanıb. Bir neçə evin elektrik xətləri də çəkilib. Yaxın vaxtlarda evlərin inşası başa çatdırılacaq".
Komissiyadan bildiriblər ki, zəlzələdən zərər çəkən ev və obyektlərlə bağlı müraciətlər daxil olmaqdadır. Komissiya müraciətlər əsasında evlərə baxış keçirir.

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.скачать dle 11.3
Mojo.az Banner