Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

3 uşaq atasına qoşulub qaçan 15 yaşlı qızın anası DANIŞDI - VİDEO

01.07.2019 19:23 2 603
3 uşaq atasına qoşulub qaçan 15 yaşlı qızın anası DANIŞDI - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycanda 15 yaşlı qız 3 uşaq atasına qoşulub qaçıb.

Median.Az
azxeber.com-a istinadən xəbər verir ki, 27 yaşlı 3 uşaq atası Sirus adlı şəxs 15 yaşlı sevgilisi Sevinc adlı xanımın itkin düşdüyünü deyib və canlı yayıma qoşulub.

Boşanandan sonra Sevinclə əlaqə quran və onu evinə qəbul edən Sirus deyib: "İlk dəfə tanış olduqda 17 yaşı olduğunu deyirdi. Əvvəllər anası polisə şikayət etdi daha sonra barışıq oldu. Sevinclə bir evdə ər-arvad kimi yaşayırdıq. Ötən gün parkda mənimlə mübahisə edərək məndən pul istədi ki, ver gedirəm. Aramızda mübahisəyə səbəb də mənim evə gec gəlməyim idi. İndi sizdən kömək istəyirəm. Mən Sevincin ayaqqabısına kimi silmişəm. Valideynlərinin belə etmədiklərini, mən ona etmişəm"

1 gün sonra itkin düşən 15 yaşlı Sevinc canlı yayıma qoşulub. O başına gələnlərdən özünün günahkar hesab edib: "Bütün bu olanların günahkarı özüməm. Bir gün müddətində bir xanımla tanış olub, onlarda qaldım. Bilirəm Sirus mənim üçün narahatdı mən onu sevəndə belə bilirdim ki, onun 3 uşağı var."

ATV-də yayımlanan "Bizimləsən" verilişinə bu dəfə Sevincin anası qatılıb. O deyib ki, qızı ilə bacarmır və aparıcı Zaur Baxşəliyevdən kömək istəyir:

"Hansı bir valideyn istəyər ki, övladı dərsdən yayınıb, 15 yaşında ailə qursun. Bunu heç bir valideyn istəməz, siz məni qınamayın. Övladımın təhsil alması üçün hər şey etdim, ancaq o mənim sözümə qulaq asmadı. Qızımla bacarmıram, nə edim? Onun hər zaman hüquqlarını qorumuşam. Ətrafımızda olanlardan soruşa bilərsiz ki, mən necə valideyn olmuşam. Heç vaxt övladıma qarşı laqeyid olmamışam. Qızım biraz ərköyün böyüyüb. Bəlkə də günahkaram. Sizdən xahiş edirəm ki, övladımı psixoloqa göndərsin. Elə hiss edirəm ki, ağlı onu idarə etmir. Yoldaşım Türkiyə vətəndaşıdır, onunla birgə Sumqayıtda yaşayıram.

Ana yetkinlik yaşına çatmayan qızının 3 uşaq atası ilə qaçmasına da münasibət bildirib: "Mən gedib polisə şikayət etmişdim, sonra qızım dedi ki, özümü öldürəcəm, ailəmi dağıtma. Ona görə də şikayətimi geri götürdüm".скачать dle 11.3
Mojo.az Banner