Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

3 uşaq atasına qoşulub qaçan 15 yaşlı qızın anası: Qızımla bacarmıram, neyniyim? - VİDEO

01.07.2019 16:32 3 296
3 uşaq atasına qoşulub qaçan 15 yaşlı qızın anası: Qızımla bacarmıram, neyniyim? - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycanda 15 yaşlı qız 3 uşaq atasına qoşulub qaçıb.

27 yaşlı 3 uşaq atası Sirus adlı şəxs 15 yaşlı sevgilisi Sevinc adlı xanımın itkin düşdüyünü deyib və canlı yayıma qoşulub.

Boşanandan sonra Sevinclə əlaqə quran və onu evinə qəbul edən Sirus deyib: "İlk dəfə tanış olduqda 17 yaşı olduğunu deyirdi. Əvvəllər anası polisə şikayət etdi daha sonra barışıq oldu. Sevinclə bir evdə ər-arvad kimi yaşayırdıq. Ötən gün parkda mənimlə mübahisə edərək məndən pul istədi ki, ver gedirəm. Aramızda mübahisəyə səbəb də mənim evə gec gəlməyim idi. İndi sizdən kömək istəyirəm. Mən Sevincin ayaqqabısına kimi silmişəm. Valideynlərinin belə etmədiklərini, mən ona etmişəm"

1 gün sonra itkin düşən 15 yaşlı Sevinc canlı yayıma qoşulub. O başına gələnlərdən özünün günahkar hesab edib: "Bütün bu olanların günahkarı özüməm. Bir gün müddətində bir xanımla tanış olub, onlarda qaldım. Bilirəm Sirus mənim üçün narahatdı mən onu sevəndə belə bilirdim ki, onun 3 uşağı var."

ATV-də yayımlanan "Bizimləsən" verilişinə bu dəfə Sevincin anası qatılıb. O deyib ki, qızı ilə bacarmır və aparıcı Zaur Baxşəliyevdən kömək istəyir:
"Hansı bir valideyn istəyər ki, övladı dərsdən yayınıb, 15 yaşında ailə qursun. Bunu heç bir valideyn istəməz, siz məni qınamayın. Övladımın təhsil alması üçün hər şey etdim, ancaq o mənim sözümə qulaq asmadı. Qızımla bacarmıram, nə edim? Onun hər zaman hüquqlarını qorumuşam. Ətrafımızda olanlardan soruşa bilərsiz ki, mən necə valideyn olmuşam. Heç vaxt övladıma qarşı laqeyid olmamışam. Qızım biraz ərköyün böyüyüb. Bəlkə də günahkaram. Sizdən xahiş edirəm ki, övladımı psixoloqa göndərsin. Elə hiss edirəm ki, ağlı onu idarə etmir. Yoldaşım Türkiyə vətəndaşıdır, onunla birgə Sumqayıtda yaşayıram.

Ana yetkinlik yaşına çatmayan qızının 3 uşaq atası ilə qaçmasına da münasibət bildirib: "Mən gedib polisə şikayət etmişdim, sonra qızım dedi ki, özümü öldürəcəm, ailəmi dağıtma. Ona görə də şikayətimi geri götürdüm".
/azxeber.com/


скачать dle 11.3
Mojo.az Banner