Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı cüdoçu Polşada Avropa çempionu oldu

27.06.2019 23:11 2 327
Azərbaycanlı cüdoçu Polşada Avropa çempionu oldu
Polşada yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov Litva, Portuqaliya, Rusiya, Ukrayna və Türkiyə cüdoçularını məğlub edərək Avropa çempionu adını qazanıb. Cüdoçumuza qızıl medal təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Daha iki cüdoçumuz Polşada bürünc medala layiq görülüb. 55 kq çəki dərəcəsində yarışan Kamran Süleymanov və Nicat Məmmədli qitə birinciliyində üçüncü yeri tutub.

Beləliklə Azərbaycan cüdoçuları Avropa birinciliyinin ilk günündə bir qızıl və iki bürünc medal qazanıb.

Qeyd edək ki, Polşada qitənin ən nüfuzlu yarışında 39 ölkədən 431 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparır. Azərbaycanı yarışda 18 idmançı (10 oğlan, 8 qız) təmsil edir. Avropa birinciliyinə iyunun 30-da yekun vurulacaq.скачать dle 11.3
Mojo.az Banner