Bakıda restoranda "göz qamaşdıran" hesab - DİQQƏTLİ OLUN! - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:38 Azərbaycanla İordaniya arasında böhranların idarə edilməsinə dair Saziş TƏSDİQLƏNDİ  |     16:46 Bu ərazidə qaz KƏSİLƏCƏK  |     16:37 Ağ Ev Cefri Epşteynin müştəri siyahısı ilə bağlı açıqlama verdi  |     16:21 Mingəçevir İcra Hakimiyyətində FACİƏ - 34 yaşlı kişi öldü  |     16:04 Dağıstanda içməli sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 110 nəfər xəstəxanaya yerləşdirildi  |     15:59 Günəşdə güclü partlayış baş verdi  |     15:58 Azad edilmiş ərazilərdə artıq 5 gün qalmaq mümkün olacaq - Müddət uzadıldı  |     15:41 Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişikliyi təsdiqləyib  |     15:39 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir  |     15:37 "Keşlə" bazarında istehlaka yararsız 700 kiloqramdan çox balıq məhsulu aşkarlandı  |     15:35 Bakıda və Abşeronda unun topdansatış qiyməti azalıb  |     15:24 Azərbaycanda bəzi şagirdlərə pulsuz məktəbli formaları veriləcək  |     15:23 Biləsuvarda əməliyyat: Marixuana və tiryək aşkarlandı  |     15:21 Əsgər ziyarətindən qayıdan üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU  |     13:39 Milli Məclis TƏSDİQLƏDİ: Naxçıvan Muxtar Respublikasının Konstitusiyası DƏYİŞƏCƏK  |     13:12 Azərbaycan nefti bahalaşıb  |     13:04 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki DƏYİŞİR  |     12:59 Azərbaycanlı tanınmış bəstəkarın Türkiyədə ölümünün TƏFƏRRÜATI  |     12:50 Hamilə qadınlara hansı tibbi xidmətlər PULSUZDUR?  |     12:23 Gəncədə gənclər arasında bıçaqlanma hadisələri artıb  |    

Bakıda restoranda "göz qamaşdıran" hesab - DİQQƏTLİ OLUN! - FOTO

Bir neçə gündür, sosial şəbəkələrdə "Xəzri" ailəvi istirahət mərkəzinin müştəriyə verdiyi qəbzin şəkli istifadəçilər tərəfindən paylaşılır və şikayətlər səsləndirilir. Belə ki, qiymətlərin, o cümlədən xidmət haqqının bahalığından danışanlar bu cür halların düzgün olmadığını bildirir və istehlakçının hüquqlarına zidd olduğunu vurğulayırlar.

Bununla bağlı "Xəzri" ailəvi istirahət mərkəzinin administratoru Simran Babayev primetime.az-a açıqlama verib. O, xidmət haqqının bahalı olmasını bu cür izah edib: "Hər şeyi - suyu, meyvə şirəsini, yeməyi - özləri ilə gətirənlərə ofisiant ayrılır, 15-20 manat xidmət haqqı yazılır. Əks halda isə, restorandakı sifarişə uyğun xidmət haqqı qeyd olunur".

Digər tərəfdən ümumiyyətlə, yay aylarında xüsusilə açıq məkanı olan və ya dəniz sahilində yerləşən restoranlarda kəskin qiymət artımı müşahidə edilir. Bəzi restoranlar müştərinin çoxluğundan istifadə edib, qiymətləri fantastik dərəcədə bahalaşdırırlar. Mövcud durumdan şikayət edən insanlar bildirirlər ki, xüsusilə də həftəsonları qiymətləri iki dəfədən də çox bahalaşdırırlar.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov saytımıza danışarkən bildirib ki, restoranlarda, otellərdə süni qiymət artımı turizmin inkişafına mane olur:

"Biz həmişə bu barədə demişik. Süni qiymət artımının olması və xidmət səviyyəsinin aşağı olması turistləri Azərbaycandan qaçırır. Biz ölkəyə daha çox turist gətirmək üçün qiymət siyasətini dəyişməliyik. Təəssüf ki, neçə illərdir, bu barədə danışılsa da, maarifləndirmə işləri aparılsa da, sahibkarlara, menecerlərə bu cür idarəçilik sisteminin doğru olmadığı çatdırılsa da süni qiymət artımı müşahidə edilir. Sizə bir misal çəkim. Gürcüstanda baş verən məlum hadisələrdən sonra turistlər başqa tərəfə üz tutacaqlar. Bilirsiniz, onlar Gürcüstana ucuz və çimərlik turizminin münasib qiymətlərə olduğuna görə gedirdilər. İndi həmin şəxslər əsasən Türkiyəyə üz tutacaqlar. Bəs nə üçün Azərbaycana gəlməsinlər? Lakin bizdəki qiymət məsələsi onları ölkəmizə gəlməkdən çəkindirir. Təbii ki, tursitlər gəlməmişdən qabaq qiymətlərlə maraqlanırlar. Bu baxımdan yenə deyirəm, düzgün qiymət siyasəti aparılmırsa və xidmət səviyyəsi münasib deyilsə, bu, turistlərin Azərbaycana gəlişinə mane törədəcək. Qiyməti bu cür qaldıranlar strateji turizm siyasətindən xəbərsizdirlər. Onlar elə bilirlər ki, bu gün birdən-birə 5 manat artıq qazanmaqla hər şey həll olunur. Ancaq başa düşmürlər ki, ticarətin öz qayda-qanunları var. Bu adamların əksəriyyəti təsadüfi şəxslərdir ki, gəlib restoran sahibi olurlar. Həmin sahibkarların ümumiyyətlə, turizmdən, bu işi necə qurmalı olduqlarından, menecmentlikdən məlumatları yoxdur. Ümumi işə, bizim turizm siyasətinə ziyan gətirirlər".

M.Ağakərimov qeyd edib ki, qiymətlərə heç bir qurum nəzarət etmir:

"Bazar iqtisadiyyatında qiymət qoymaq siyasəti sərbəstdir. Lakin bu istiqamətdə maarifləndirmə işləri aparılır. Nə edək ki, buna baxmayaraq qeyd etdiyim problemlər hələ də qalır və menecerlər, sahibkarlar bunları eşitmək istəmirlər. Belə halların qarşısını almaq üçün restoranların sayını artırmaq və rəqabəti gücləndirmək lazımdır. O zaman istər-istəməz bazar iqtisadiyyatında qiymətlər özü tənzimlənəcək. Amma mənə elə gəlir ki, qiymət artımı edən restoranların özü də başqa restoranların inşa olunmasına icazə vermirlər".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə mövzu ilə bağlı saytımıza danışarkən qeyd edib ki, qiymət artımından şikayət edən müştəri təəssüf ki, heç bir quruma müraciət edə bilməz:

"Qiymətlərə heç bir dövlət orqanı müdaxilə etmir. İstənilən biznes qurumu istənilən məhsula istənilən qiymət qoya bilər. Bu şərtlə ki, istehlakçını aldatmasın. Yəni istehlakçı öncədən malın qiymətini bilməlidir. Qiymət dövlət tərəfindən tənzimlənmədiyi üçün buna heç kim nəzarət etmir və etməməlidir. Çünki azad bazar iqtisadiyyatıdır. Bu baxımdan qiymətlərin bahalığı normaldır. Digər tərəfdən tutaq ki, restoranda 1 manatlıq malı 5 manata verirlərsə, müştəri də bundan şikayətçisidirsə, yenə də onun müraciətinə baxılmayacaq. Sahibkarlar qiymət təyin etməkdə sərbəstdirlər".


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 524 25.06.19 15:31