Bakıda avtomobillərin vurulması nəticəsində 5 piyada ölüb
Bundan başqa, iyunun 23-ü saat 23 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakini A.Tağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə həmyerlisi Eldar Bəhramovu vurub. Nəticədə E.Bəhramov hadisə yerində ölüb.
İyunun 23-ü saat 9 radələrində Sabunçu qəsəbəsində müəyyən edilməmiş avtomobillə 40-45 yaşlı kişi vurulub. Piyada hadisə yerində ölüb, sürücü isə hadisə yerindən yayınıb. Onun müəyyən edilib, saxlanılması istiqamətində Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
İyunun 23-ü saat 21 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakini O.Rəhimli idarə etdiyi “VAZ-2108” markalı avtomobillə qəsəbə sakini Muradəli Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
İyunun 22-i saat 10 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini C.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə Kürdəmir rayon sakini Şahin Mənsimovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktlarla bağlı araşdırmalar aparılır.