Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

ŞOK İXTİRA: qanla işləyən ROBOT BALIQ - VİDEO

21.06.2019 23:31 1 702
ŞOK İXTİRA: qanla işləyən ROBOT BALIQ - VİDEO
Tədqiqatçılar robotun "qanı" rolunu oynayan akkumulyator mayesi ilə işləyən robotlaşdırılmış balıq yaradıblar.

Median.Az
“ictnews"a istinadən xəbər verir ki, bərk cisimli batareyalarla təchiz olunmayan yumşaq robot balıq enerjini akkumulyasiya edən və balığın üzgəclərini hərəkətə gətirən ikitəyinatlı maye ilə işə salınır.
Belə yanaşma robota dar məkanda daha çox enerji toplamağa və ağır və böyük akkumulyator bloklarından istifadə etmədən daha çox işləməyə imkan verir.

Bu, insan müdaxiləsi olmadan tapşırıqlar yerinə yetirən robotların yaradılmasında irəliləyişdir. Uzun müddət ərzində müstəqil işləyə bilən avtonom robotların hazırlanması robot texnikasında əsas problemdir. Robotlara təkrar enerji toplamadan müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün çoxlu enerji tələb olunur.

Akkumulyator sayının artırılması robotun çəkisini ağırlaşdırdığına görə onun hərəkət etməsi üçün daha çox enerji lazımdır.
Robotların hissələrinin hərəkəti üçün mexanizmlərdə dövr edən adi hidravlik mayedən istifadə əvəzinə, robot texnikası qrupu robotu enerji ilə təmin edən, eləcə də üzgəclərin hərəkəti üçün nasosu işə salaraq balığı üzməyə məcbur edən akkumulyator mayesini tətbiq edib.

Bu yanaşma ayrıca batareya və hidravlik maye sistemi ilə təchiz edilən qurğularla müqayisədə ehtiyat enerjinin miqdarını 325 faiz artırıb. Mütəxəssislərin hesablamasına görə, robot təkrar enerji toplamadan 37 saat işləyə bilər.
Akkumulyatorun olmaması, həmçinin robotun manevretmə qabiliyyətini yüksəldib. Tərtibatçıların sözlərinə görə, yeni texnologiya gələcəkdə robot və digər qurğuların səmərəliliyinin və davamlılığının artırılması üçün istifadə oluna bilər.скачать dle 11.3

Son xəbərlər