Mojo.az Banner
22:56 Sabiq icra başçısının həbs müddəti uzadıldı  |     22:49 Azərbaycanda ən çox və ən az maaş olan sahələr (SİYAHI)  |     22:43 Bu ölkədə 843 dildə danışılır: Niyə bu qədər çox dil sağ qalıb?  |     22:35 "Çoban" ləqəbli müğənni Türkiyədə Azərbaycanı təmsil etdi  |     22:30 Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı  |     22:22 AQTA "Azəridad" kolbasa sexində nöqsanlar aşkarladı  |     22:17 Sabah çimərliklərdə hava necə olacaq?  |     22:09 Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI  |     22:04 Fransada meşələri yandıran 59 nəfər həbs edildi  |     21:56 Axtarışda olan Tuqay Hüseynov Azərbaycana gətirilir  |     21:50 Oman sahillərində gəmiyə hücum: Xəsarət alanlar var  |     21:48 UEFA Çempionlar Liqası: TNS - "Sabah"ı qəbul edir - CANLI  |     21:02 Gəncədə yas mərasimində daha bir KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  |     20:52 22 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu  |     20:51 Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ  |     20:44 Paytaxtda avtobuslar toqquşdu: Sərnişinlər arasında tanınmış aktyor da var - VİDEO  |     20:42 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində təmir işləri yekunlaşdı  |     19:54 Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb  |     19:28 "Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI  |     19:17 Xaricdə təhsil adı ilə 150 min avro ələ keçirən şəxs Azərbaycana ekstradisiya edilir  |    
Left Banner
Right Banner

“İyunda gilasın qiyməti həmişə belə olub” - Nazirlikdən açıqlama

21.06.2019 22:29 1 937
“İyunda gilasın qiyməti həmişə belə olub” - Nazirlikdən açıqlama
Median.Az xəbər verir ki, bu gün qafqazinfo-da gilasın qiyməti ilə bağlı reportaj yer alıb. Məqalədə hazırda gilas və albalının qiymətinin baha olmasına səbəb kimi bir neçə səbəb əks olunub.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə qafqazinfo-ya açıqlamasında bildirib ki, meyvə və giləmeyvə məhsuldarlığının azalması ilə bağlı iddiaların əsası yoxdur. Sadəcə olaraq, iqlim şərtləri və ixracatın artması qiymətlərə müəyyən qədər təsir göstərib:

"İyunda gilasın orta qiyməti həmişə indiki səviyyədə olur. Məhsuldarlığının azalması ilə bağlı iddiaların əsası yoxdur. 2019-cu ilin yanvar-may aylarında Azərbaycanda 16,6 min ton meyvə və giləmeyvə, o cümlədən alça, albalı, gilas, ərik, şaftalı və çiyələk istehsal olunub. Bu, ötən ilin müvafiq dövrünə nəzərən 26,7% çoxdur. Bazarın təhlili konkret rəqəmlərə əsaslanmalıdır, ümumi sözlərə yox".

ATM direktorunun sözlərinə görə, bu il bazarlarda meyvə və giləmeyvənin qiymətlərinin formalaşmasında iqlim şərtləri və ixracatın artması əsas rol oynayıb: "Konkret olaraq gilasın qiyməti ilə bağlı qeyd etmək istəyirəm ki, 2017-2019-cu illərdə iyun ayında gilasın qiyməti həmişə indiki səviyyədə olub. 2017-ci ilin iyun ayının əvvəlində gilasın orta qiyməti 3,50 manat, 2018-ci ildə iyunun əvvəlində orta qiymət 4 manat olub. Bu il də orta qiymət 3,50 manat təşkil edir. Bazarda hər məhsulun aşağı və yuxarı qiymətləri olur ki, bu da keyfiyyətdən asılıdır. Yəni, bazarda hər qiymətə gilas tapmaq olar. Gilasın ən yüksək qiymətini orta qiymət kimi təqdim etmək naşılıqdır. Bu gün bazarda 1 manata da gilas almaq olar, bu gilasın orta qiymətinin 1 manat olduğu demək deyil".

Firdovsi Fikrətzadə bildirib ki, bu il məhsulun yetişmə dövründə müşahidə olunan əlverişsiz iqlim şərtləri (yağış, dolu) istehsal olunan məhsulun keyfiyyət göstəricilərini aşağı salıb: "Bazarda kifayət qədər gilas var, bunu hər kəs müşahidə edə bilər. Gilas əvvəlki illərdən də boldur, amma yağış vurduğuna görə keyfiyyəti aşağıdır. Keyfiyyəti yüksək olan məhsul həmişə və dünyanın hər yerində baha olur. Bizdə məhsul bol olsa da, bazara keyfiyyətli gilas təklifi azalıb. Və nəticə etibarilə bazarda keyfiyyətli gilasın qiyməti nisbətən yüksəlib. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu il ölkədən gilas ixracı artıb. Təkcə mayın əvvəlindən bugünədək ölkədən 8,9 min ton gilas ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,4 faiz çoxdur. Məlumdur ki, ölkədən daha çox keyfiyyətli məhsul ixrac olunur, nəticədə daxili bazarda keyfiyyətli gilas təklifi azalır və qiymətlər nisbətən yüksək olur. Amma bir amili də nəzərə almaq lazımdır - ixracatın artması fermerlərin gəlirlərini artırır, ölkəyə əlavə valyuta kütləsi daxil olur".скачать dle 11.3
Mojo.az Banner