Mojo.az Banner
23:00 İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?  |     22:52 Növbəti 4 günə diqqət! – XƏBƏRDARLIQ EDİLDİ  |     22:43 Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları - FOTO  |     22:38 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür  |     22:29 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     22:24 Fransada meşə yanğınları ilə əlaqədar həbslər olub  |     22:18 Çində təxliyə edilən insanların sayı 1 milyonu keçdi - YENİLƏNİB  |     22:11 İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?  |     22:05 "Barselona"dan 100 milyonluq transfer əməliyyatı  |     21:56 Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar  |     21:50 Qobustanda ağır QƏZA: Ölən var  |     21:41 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi  |     21:36 Əmrah Bulud "Karvan-Yevlax"dan getdi  |     21:30 Rusiya Sumını vurdu - Ölənlər var  |     21:24 "Coca-Cola" ilk dəfə tərkibində kokain olan dərman kimi yaradılıbmış  |     21:19 Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir  |     21:12 Bakı bulvarında batmaqda olan şəxs xilas edilib - VİDEO  |     21:07 Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı  |     20:40 Orqanizmdə dəmir çatışmazlığını necə bilmək olar? - 5 əlamət  |     20:35 Okeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər  |    
Left Banner
Right Banner

Qənirə Paşayeva: “Həkimlərin səhv və səhlənkarlığına görə cərimə və cəzalar daha da ciddiləşdirilməlidir”

20.06.2019 12:39 3 053
Qənirə Paşayeva: “Həkimlərin səhv və səhlənkarlığına görə cərimə və cəzalar daha da ciddiləşdirilməlidir”
Millət vəkili, MM səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva "Pasiyentlərin və tibb işçilərinin hüquqları” mövzusunda dinləmələrdə və sənədin müzakirəsində çıxış edərək bir sıra vacib təkliflər irəli sürüb və bütün xəstəxanalarda klinik tibbi protokolların mütləq olması lazımdır deyib.

O, bildirib ki, klinik tibbi protokolların bütün xəstəxanalarda mütləq olmasını tələb edən yanaşma həm qanunvericilikdə öz əksini tapmalıdır, eyni zamanda onun tətbiqinə ciddi nəzarət müxanizmlərini müvafiq icra hakimiyyəti qurumları həyata keçirməlidir. Xəstəxanalarda klinik tibbi protokolların olmaması pasiyentlərin hüquqlarının müdafiəsi məsələsinə, eyni zamanda icbari tibbi sığortanın tətbiqinə öz mənfi təsirini göstərəcək. Bu gün xəstəxanalarda ən vacib məsələlərdən biri klinik tibbi protokolların olmaması ilə bağlıdır. Millət vəkili Qənirə Paşayeva deyib ki, pasiyentlərin, xəstələrin hüquqlarının qorunması sahəsində həm qanunvericilikdə yeni qanun layihəsinin qəbulu, həm də bu sahəyə cavabdeh qurumların öz işlərini daha da gücləndirmələri çox vacibdir. Pasiyentlər, xəstələr ilə tibb işçiləri, tibb müəssisələri arasında narazılıq doğuran məsələlərin məhkəmə müstəvisində həlli üçün də klinik tibb protokollar istinad sənədi rolunu oynayır,ona görə də onun bütün xəstəxanalarda tətbiqi vacibdir. Eyni zamanda bu gələn ildən geniş tətbiq olunacaq icbari tibbi sığorta ilə bağlı çox vacibdir.

Millət vəkili Qənirə Paşayeva bəzi həkimlər tərəfindən yol verilən səhlənkarlıq, peşə vəzifələrini layiqincə yerinə yetirməməsi, bu səbəbdən xəstənin sağlamlığına vurulan ciddi zərərlər barədə də danışıb, həkimlərin yol verdiyi səhvlər və səhlənkarlığa görə cərimə və cəza mexanizmləri daha da ciddiləşdirilməlidir və bütün bunlar qanunvericilikdə öz əksini tapmalıdır dedi.

Millət vəkili Qənirə Paşayeva rayonlarda, bölgələrdə təcili tibbi yardım həkimlərinin xahişlərini də diqqətə çatdırıb və iş başında təcili tibbi yardım həkimlərinin və personalının bəzi hallarda xəstənin yaxınları tərəfindən üzləşdikləri təzyiq, zorakılıq hallarından danışıb, bunun yolverilməız olduğunu diqqətə çatdırıb, bu cür vəziyyətin təcili tibbi yardım həkimləri və personalı ilə bərabər, gün içərisində təcili tibbi yardım gözləyən xəstələrə də zərər vurduğunu söyləyərək bu məsələlərin qarşısınını alınması istiqamətində addımlar atılmasnın vacibliyini vurğulayıb. O deyib ki, təcili tibbi yardım həkimlərinin və personalının xətası və səhənkarlığı varsa, onun cəzalanması üçün hüquqi yollara əl atılmalıdır, amma iş başında olan təcili tibbi yardım həkim və personalına qarşı təzyiq və zorakılıq halları baş verirsə, bu, belə vəziyyətlə üzləşən təcili tibbi yardım heyətinin digər xəstələrə yardım göstərmə keyfiyyətinə təsir göstərə bilər və bunu hamımız diqqətə almalıyıq.

Millət vəkili Qənirə Paşayevanın iclasda çıxış videosunun linkini burdan izləyə bilərsiniz.скачать dle 11.3
Mojo.az Banner