Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Masallıda 40 yaşlı qadını avtobus vurdu

19.06.2019 11:34 1 436
Masallıda 40 yaşlı qadını avtobus vurdu
Masallıda sərnişin avtobusu piyadanı vurub.

Median.Az
-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Şərəfə kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 40 yaşlı Cəfərova Nuriyyə Abdulla qızı sərnişin avtobusundan düşüb yolun digər tərəfinə keçmək istəyib. Bu zaman qarşıdan sürətlə gələn, Fərman adlı şəxsin idarə etdiyi 21 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus piyadanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Cəfərova Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər