Mojo.az Banner
22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda tanışını oldu silahla öldürmək istəyən şəxsə 10 il cəza istənilib

14.06.2019 16:43 4 889
Bakıda tanışını oldu silahla öldürmək istəyən şəxsə 10 il cəza istənilib
Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur Əliyevin CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, silahlı insident ötən il noyabrın 10-na keçən gecə Nəsimi rayonu ərazisində baş verib. Mərdanov qardaşları küçəsində yerləşən və məcburi köçkünlərin məskunlaşdığı yataqxananın yanında, elə həmin ünvanda yaşayan Elnur Əliyev Namiq Nəcəfovu öldürmək məqsədilə ona ov tüfəngindən atəş açıb. Ağır yaralanan Nəcəfov Kliniki Tibbi Mərkəzə çatdırılıb və həyatı xilas edilib.

Əliyev cinayəti törədib, hadisə yerindən qaçsa da, post-patrul xidmətinin (PPX) əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirilmə zamanı o bildirib ki, Nəcəfov sözügedən yataqxananın yanındakı çayxananı işlədir, amma onu aralarındakı ədavətə görə ora buraxmır. Əliyev bir dəfə Nəcəfov və onun dostları tərəfindən təcavüzə məruz qalıb. Baş vermiş növbəti ixtilafdan sonra Elnur evə qaçaraq silahı götürüb və çayxanaya qayıdaraq, Namiqə atəş açıb.

Prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Məhkəmə prosesi davam edir.скачать dle 11.3
Mojo.az Banner