Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıt DYP "Son zəng"lə bağlı gücləndirilmiş iş rejiminə keçdi

13.06.2019 19:50 1 723
Sumqayıt DYP
Bu gün Sumqayıt şəhər Dövlət Yol Polisi şöbəsinin əməkdaşları şəhər ərazisindəki orta məktəblərdə məzunlarla görüşlər keçirib.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, 11 saylı orta məktəbdə keçirilən maarifləndirici tədbirdə məzunları təbrik edən Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis baş leytenantı Elçin Qasımov orta məktəblərdə keçirilən "Son zəng" günü məzunları valideynlərinin və yaxın qohumlarının avtomobillərini sürməməyə çağırıb: "Bu sizin həyatınız üçün təhlükəlidir. Başa düşürük ki, bu gün sizin sevincli gününüzdür. Amma bu həm qanunla qadağandır, həm də bədbəxt hadisələr baş verə bilər. Ani bir qəza sizin bu sevincli gününüzü kədərə çevirər."

E.Qasımov bildirib ki, "Son zəng" günü şəhər ərazisində yol polisi gücləndirilmiş iş rejimində çalışacaq: "Həmin gün məzunların tədbirdə iştirakı, təhlükəsizliyi, yollarda hərəkətin nizamlanması üçün bütün tədbirlər görüləcək".

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin təbliğat-təşviqat üzrə inspektoru, polis baş leytenantı Fərid İldırımzadə isə bildirib ki, artıq şəhərdəki bütün məktəblərin önünə yol polisi tərəfindən hazırlanmış 4 bənddən ibarət xəbərdaredici məlumatlar vurulub: "Bu həm də valideynlər üçün tövsiyədir. Övladlarının təhlükəsizliyi üçün xüsusilə "Son zəng" günü onlara nəzarət etsinlər."

Tədbirdə çıxış edənlər həmçinin məzunları yol-hərəkəti ilə bağlı maraqlandıran sualları cavablandırıblar.

Son xəbərlər