Mojo.az Banner
13:02 ATƏT-in fəaliyyətdə olan sədri Bakıda şəhidlərin xatirəsini anıb  |     12:57 Ceyhun Bayramov İqnazio Kassis ilə görüşüb  |     12:50 Biləsuvarda nəfəs borusunda qida qalan körpə öldü  |     12:43 Azərbaycanda zəlzələ olub - FOTO  |     12:38 Tanışını borca görə bıçaqlayan şəxs: "Boynunu üzəcəyəm" deyirdi"  |     12:30 Sığorta vəsaitindən istifadə qaydası təsdiqləndi  |     12:25 Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar  |     12:17 Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi  |     12:10 Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ  |     12:05 Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI  |     11:57 Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU  |     11:50 Efiopiyada torpaq sürüşməsi: Ölənlər və yaralananlar var  |     11:48 Yaponiyada anomal istilər: Tokio zooparkında üç dişi aslan tələf olub  |     11:33 Qarpızı çörəklə yeyənlərə XƏBƏRDARLIQ - Həkim təhlükədən danışdı  |     11:29 Azərbaycanda polkovnik qəfil öldü  |     11:23 Ələt qəsəbəsində dənizdə batan şəxsin CƏSƏDİ TAPILIB  |     11:20 Ronaldonun toyuna dəvət edilən məşhurların siyahısı sızdı - Messi də gələcək?  |     11:15 İki gün əvvəl dənizdə qardaşı və bacısı ilə batan Ruslanın meyiti tapıldı  |     11:11 Neymar karyerasını bitirir? - Braziliyalı ulduzdan gözlənilən açıqlama  |     23:02 "Uşaqları çölə buraxa bilmirik" - Zavodun tüstüsü ilə bağlı şikayət  |    
Left Banner
Right Banner

Xankəndidə 37 ildən sonra "Son zəng" çalındı

14.06.2025 14:36 777
Xankəndidə 37 ildən sonra
Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə "Son zəng" tədbiri keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün azad Xankəndi şəhərində 37 ildən sonra orta məktəbdə "Son zəng" tədbiri keçirilib. Məzun günündə, həmçinin orta məktəbdə 1988-ci il məzunları üçün vaxtilə baş tuta bilməyən "Son zəng" tədbiri də qeyd olunub. Qürurverici gündə təşkil edilən tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Elm və Təhsil Nazirliyinin əməkdaşları məktəb heyəti, şagirdlər, valideyinlər, şəhid ailələri və müharibə veteranları da iştirak ediblər.

"Son zəng" günü Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin gənclərin savadlı, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynadığını söyləyib. Bildirib ki, bu gün Azərbaycanın gələcəyi üçün layiqli, vətənpərvər gənclər yetişir. Səbuhi Qəhrəmanov dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə gənclərin təhsil almalarına hər cür şərait yaradıldığını deyib.

"Son zəng" tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.

Qeyd edək ki, bu il Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli orta məktəbi 14 şagird bitirərək məzun olub.скачать dle 11.3
Mojo.az Banner