Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 76 metro stansiya olacaq, bəzilərinin adı və ünvanı bəllidir

13.06.2019 14:41 2 748
Bakıda 76 metro stansiya olacaq, bəzilərinin adı və ünvanı bəllidir
"2030-cu ilədək Bakının bəzi ərazilərində yeni metro xətləri istifadəyə veriləcək. 2020-ci ilə qədər hansı ərazilərdə metro stansiyaların fəaliyyətə başlaması isə yəqin ki, "B3" xəttinin istifadəyə verilməsindən sonra bəlli olacaq".

Median.Az xəbər verir ki, bu barədə sputnik-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O, 2030-cu ilədək olan plan haqda da məlumat verib: "Ümumilikdə 76 metro stansiyanın fəaliyyət göstərməsi nəzərdə tutulur. Perspektiv inkişaf planının isə 2030-cu ilədək reallaşdırılması planlaşdırılır. Lakin bu plan gözlənilən müddətdən bir qədər tez, yaxud da gec reallaşa bilər. Bütün bu işlər tikintinin sürətindən, relyefin mürəkkəbliyindən asılıdır". "Perspektiv inkişaf planına müvafiq olaraq Yeni Günəşli qəsəbəsində də bir metro xəttinin istismara verilməsi planlaşdırılır. Lakin hələlik bu istiqamətdə hər hansı işə başlanılmayıb. Sadəcə olaraq metrostansiyanın hansı ərazidə tikiləcəyi bəllidir" - deyə mətbuat katibi əlavə edib. B.Məmmədov digər tikilməsi planlaşdırılan digər metro stansiyalarla bağlı da məlumat verib: "Ağ şəhər adlanan ərazidə "Y14", "Y15" metro stansiyasının tikilişi üçün bəzi ərazilər artıq hasara alınıb. Konseptual inkişaf sxemini götürsək, görərik ki, metro sxeminin yaşıl dairəvi xəttində "Xətai" metrostansiyasından sonrakı iki stansiya məhz "Y14" və "Y15"dir. Həmin dairəvi xətdə daha sonrakı stansiyanın isə "Nargilə kafesi" adlandırılan ərazinin yaxınlığında, yəni Xətai rayonunda tikilməsi planlaşdırılır. Bundan sonra isə "Həzi Aslanov 2" stansiyasının tikintisi nəzərdə tutulub. Tikintisi planlaşdırılan həmin stansiyadan da "Həzi Aslanov" xəttinə keçid olacaq".

"Daha sonra Köhnə Günəşli, Yeni Günəşli, Qaraçuxur, Bakıxanov qəsəbələrində yeni metro stansiyalar istismara veriləcək. Sonrakı planda isə "Koroğlu" metro stansiyasından Bakı Olimpiya Stadionuna da keçid olacaq. "1", "2", "3" adlandırdığımız bu stansiyalar "Dərnəgül" xəttinə birləşəcək. Beləliklə də dairəvi yaşıl xətt yaranacaq".

Qeyd edək ki, hazırda "Bakı Metropoliteni" QSC-nin 25 stansiyası fəaliyyət göstərir.

Son xəbərlər