Mojo.az Banner
16:29 Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri (Video)  |     15:51 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi  |     15:35 Bu şəxslərin pensiyası daha çox artacaq  |     15:34 Altı rayon niyə hələ də susuz qalıb?  |     15:21 Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas  |     15:19 Korrupsiyanı ifşa edənlərə pul veriləcək: Bəs onları kim qoruyacaq?  |     15:16 "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu  |     13:55 Mehriban Rəhimliyə hökm oxundu  |     13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

AVRO-2020: Azərbaycan-Slovakiya matçında biabırçı məğlubiyyət - YENİLƏNİB

11.06.2019 22:53 3 768
AVRO-2020: Azərbaycan-Slovakiya matçında biabırçı məğlubiyyət - YENİLƏNİB
Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Slovakiya oyunu başa çatıb.

Nikola Yurçeviçin yetirmələri ilk xalını slovakiyalılardan almağa çalışsalar da, yenə bunu bacarmayıblar. Əksinə, komandamız tarixində 250-ci oyununda darmadağınla üzləşib.

Matçda hesab 8-ci dəqiqədə açılıb. Qonaqların heyətində Stanislav Lobotka fərqlənib. Bundan 19 dəqiqə sonra Yuray Kuçka fərqi iki topa çatdırıb. Futbolçularımız 0:2 hesabı ilə geri düşdükdən sonra rəqib qapısına yol tapıb. Ramil Şeydayevin zərbəsi dəqiq alınıb. Lakin 1 dəqiqə sonra slovakiyalılar Marek Hamşikin qolu ilə fərqi yenidən 2 topa çatdırıblar.

Qonaqlar fasilədən sonra qapımıza daha iki dəfə yol tapıblar. Kapitan Hamşik özünün ikinci, komandasının 4-cü qolunu vurduğu halda, matçda son nöqtəni David Hançko qoyub - 5:1.

Beləliklə, yığmamız Nikola Yurçevinin rəhbərliyi altında meydanı yenə məğlub tərk edib. Rəqib isə turnir cədvəlində ilk pilləyə yüksəlib.

Qeyd edək ki, qrupumuzun digər oyununda Macarıstan Uelsi qəbul edəcək.

21:43

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunu başlayıb.

Median.Az
-ın report-a istinadən məlumatına görə, E qrupunda mübarizə aparan komanda "Bakcell Arena"da Slovakiyanı qəbul edir.

*** 18:44

AVRO-2020-nin seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və Slovakiya milli komandalarının start heyətləri açıqlanıb.

Median.Az
-ın report-a istinadən məlumatına görə, komandalar ilk dəqiqələrdən meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

Azərbaycan: 1. Səlahət Ağayev, 3. Şəhriyar Rəhimov 5. Maksim Medvedev (k), 18. Anton Krivotsyuk, 6. Bədavi Hüseynov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 14. Rəşad Eyyubov, 11. Ramil Şeydayev, 7. Araz Abdullayev, 9. Ağabala Ramazanov

Slovakiya: 23. Martin Dubravka, 2. Peter Pekarik, 3. Denis Vavro, 10. Albert Ruşnak, 11. Robert Bojenik, 14. Milan Şkriniar, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Stanislav Lobotka

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı saat 20:00-da "Bakcell Arena"da başlayacaq.скачать dle 11.3
Mojo.az Banner