Mojo.az Banner
SON DƏQİQƏ
14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Ailədaxili zorakılığa məruz qalan qadınların dəli olmaq riski artır - İLGİNC ARAŞDIRMA

10.06.2019 23:31 3 044
Ailədaxili zorakılığa məruz qalan qadınların dəli olmaq riski artır - İLGİNC ARAŞDIRMA
İngiltərədə Birminhem Universiteti tərəfindən aparılan bir araşdırma sübut edb ki, ailədaxili zorakılığa məruz qalan qadınların ciddi psixi xəstəliklərə tutulma riski 3 dəfə daha artıqdır.

Median.Az
musavat.com-a istinadən bildirir ki, nəticələri British Journal of Psychiaty jurnalında yayımlanan araşdırma İngiltərədə ailədaxili zorakılığa məruz qalan və yaşadıqlarını həkimlərinə danışan 18 min 547 qadın üzərində həyata keçirilib. Bu qadınlar illərlə izlənib və əlamətləri ailədaxili zorakılığa məruz qalmayan, bənzər yaşlarda 74 min qadınla müqayisə edilib.

Birminhem Universitetində araşdırma sənədi hazırlayan heyətə rəhbərlik edən həkim Kot Sinqh Çandan bildirib ki, "Ailədaxili zorakılığın nə qədər geniş yayıldığını düşünsək, bu ikisinin bir-birinə bağlı olduğunu başa düşməniz və bundan zərər görən qadınların həyatlarını yaxşılaşdırmağa çalışmağımız vacibdir".

1995-2017-ci illər dönəmini araşdıran heyətin gəldiyi nəticəyə görə, həkiminə ailədaxili şiddət şikayəti ilə getdiyi zaman qadınların yarısının həmin vaxt ruhi problemlər yaşadığı üzə çıxıb.

Araşdırma ailədaxili zorakılığa məruz qalan qadınların depressiya, şizofreniya və görmə problemlərinə yaxalanma risklərinin də üç qat artıq olduğunu göstərib.

İngiltərədə qadınlara yardım təşkilatı Agendadan yardım alan bir qadın da BBC-yə verdiyi açıqlamada ailə daxili şiddətin insanın xarakterini dəyişdirdiyini söyləyib.

"Yuxusuzluq çəkirəm. Ya lap çox yeyirəm, ya da çox az. İnsanlara heç etibar etmirəm, onları özümə yaxınlaşdırmıram. Bu səbəbdən də bir çox dostluğum bitib" deyib.

Eyni qadın xəstəxanaya getdiyi zaman həkimlərin ona inanmadıqlarını da bildirib.

İngiltərədə rəsmi cinayət statistikasına görə, hər dörd qadından biri ailədaxili şiddətə məruz qalır. Amma həkim araşdırmalarına istinad edən son rəqəmə görə, bu qadınlardan sadəcə 0,5 faizi bunu ailə həkiminə açıqlayır. Mütəxəssislər hesab edir ki, polis həkimlərə bu sayaq halları bildirərsə, daha faydalı olar.

İngiltərədə Psixiatrlar Krallıq Kollecindən Dr. Beena Rajkumar, ailədaxili şiddətin əqli sağlamlıq üzərində dağıdıcı təsiri olduğunu deyib. Həkim Beena Rajkumar, "Sosial işçilər üçün ailədaxili zorakılıq araşdırma və qeydiyyat altına alma ilk sırada olmalı və bunu yaşayan qadınlar üçün təsirli müdaxilələr təcili olaraq tətbiq edilməlidir" dedi.

Londonda Kingq College Psixiatriya İnstitutunda çalışan profesor Luis Hovard da bu çalışmanın müşahidəyə istinad etdiyini və səbəblər mövzusunda konkret sübutlar gətirmədiyini bildirdi.скачать dle 11.3

Son xəbərlər