Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“Kaspersky Lab”: Fərdi məlumatlara qarşı yeni hücumlar başlanıb

10.06.2019 21:09 2 603
“Kaspersky Lab”: Fərdi məlumatlara qarşı yeni hücumlar başlanıb
“Kaspersky Lab”ın ekspertləri “Google Calendar” onlayın təqviminin istifadəçilərinə qarşı bir sıra fişinq (phishing) hücumları qeydə alıblar.

Median.Az
TASS-a istinadən xəbər verir ki, qurumun mətbuat xidmətindən bildirildiyinə görə, may ayında həmin servisin təqvimə dəvət edən avtomatik ismarıc görüntüsü verilən saxta göndərişlər istifadəçilərin smartfonlarına atılıb: “Bu yeni hücum üsulu nəzəri cəhətdən hətta e-mail və mesencerlərdə spam və fişinq təhlükəsindən xəbərdar olan təcrübəli istifadəçiləri də çaşdıra biləcəyi üçün dələduzlar qarşısında daha geniş imkanlar açır”.

Belə ki, smartfonda sözügedən ismarıca çox bənzəyən pəncərəni açanda, adətən, adi bir bonuslu sorğunun keçirildiyi “quldur” saytının linki çıxır, guya həmin bonusu almaq üçün müəyyən pul ödənişi etmək təklif olunur. Bu yolla istifadəçilərin fərdi məlumatlarını ələ keçirməyə çalışan dələduzlar məhz təqvim əlavəsini özlərinə meydan seçdiklərinə görə məqsədlərinə daha asan çatmaq imkanı qazanırlar. Belə ki, poçt ünvanları və mesencerlərindəki spama adətkərdə olan istifadəçilərin məlumatları nizamlayan təqvim əlavəsində aldanması ehtimalı daha yüksəkdir.

Bu barədə bildirən laboratoriyanın baş spam mütəxəssisi Mariya Vergelis arzuolunmaz halların qarşısını almaq üçün “Google Calendar” parametrlərində avtomatik bildiriş funksiyasını söndürməyin kifayət olduğunu qeyd edib.

Son xəbərlər