Mojo.az — elanlar
Son Xəbərlər
22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |     20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |     20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

"Cənab prezident ağac əkir, Nərimanov rayonunda ağacları kəsirlər" - VİDEO

10.06.2019 17:45 2 826
Tanınmış telejurnalist Zamirə Dadaşova Nərimanov rayonunda ağacların kəsilməsi ilə sosial şəbəkədə bağlı həyəcan təbili çalıb.

O, Nərimanov rayonu, A.Nemətulla 32 ünvanında ağacların budanmaq adı altında məhv edildiyini bildirib:

"Guya budayırlar, bir dənə yarpaq qoymayıblar ağaclarda. Qoy, media səsimizi cənab prezidentə və xanımına çatdırsın. Bu qədər də olmaz! Görün ağacların, yaşıllığın başına nə oyun açırlar. Cənab prezident ağac əkir, Nərimanov rayonunda ağacları kəsirlər. Ərazidə bəlkə 90-100 ağac var, məhv edib yerində bina tikəcəklər. Mən nə köçmək istəmirəm, nə də nəfəsimizi kəsdiyiniz o binalarda yaşamaq istəmirəm. Aidiyyatı qurumlar niyə göz yumurlar? Axı cənab prezidentin qəti göstərişi var, ağaclar kəsilməməlidir".

Qeyd edək ki, Z.Dadaşova hadisə yerindən video da paylaşıb. Jurnalist eyni zamanda prezident İlham Əliyevin ağac əkməsini əks etdirən fotolar ictimailəşdirib.
//Baku.ws


Son xəbərlər