Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Əgər sizdən xırda qəpikləri götürmürlərsə, nə etmək lazımdır?

08.06.2019 21:58 2 761
Əgər sizdən xırda qəpikləri götürmürlərsə, nə etmək lazımdır?
Mütamadi olaraq sosial şəbəkələrdə insanlar 1,3 və 5 qəpiklərin dükanlarda, alış-veriş mərkəzlərində və digər yerlərdə götürülməməsindən gileylənirlər. Daha çox belə hallara kiçik marketlərdə və avtobuslarda rast gəlinir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov açıqlamasında belə hallarla qarşılaşan vətəndaşlara İqtisadiyyat Nazirliyinə müraciət etməyi məsləhət görüb, çünki qanunda bu məsələ barəsində yazılmır.

O qeyd edib ki, bu cür hallarla bağlı şikayətlər ayda bir dəfə olur və əksər vaxtlarda onları telefon zəngləri vasitəsi ilə həll etmək mümkün olur.

“Biz dükana zəng edirik, onlarla danışırıq və nəticədə istehlakçı ilə yaranmış problemi həll edirlər. Lakin hesab edirəm ki, əgər pul dövriyyədədirsə, onu qəbul etməməyə heç kimin haqqı yoxdur”, - deyə E. Hüseynov bildirib.

Hüquqşünas Elçin Qəmbərov isə qeyd edib ki, xırda qəpikləri qəbul etməkdən imtina qanun pozuntusudur.

“Bunu faktiki olaraq respublikanın maliyyə siyasətinə qarşı sabotaj kimi dəyərləndirmək olar. Bu, ölkənin maliyyə qüdrətini sarsıdır. Əgər pul dövriyyədədirsə, xırda olduğuna görə heç kimin onu qəbul etməməyə haqqı yoxdur. Əgər bu hal avtobusda baş verirsə, sərnişindaşımaya görə cavabdeh olan şirkətə, habelə Maliyyə Nazirliyinə, yox əgər dükanlarda baş verirsə, təkcə Maliyyə Nazirliyinə yazmaq lazımdır. Onlar inzibati cəza təyin edə bilər”, - deyə o vurğulayıb.

Vəkilin sözlərinə görə, başqalarına dərs olsun deyə, qanunu pozanlara qarşı sərt tədbirlər görülməlidir.\\media.azскачать dle 11.3
Mojo.az Banner