Mojo.az Banner
20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ramil Usubov bölmədə vəkili döyən polisləri CƏZALANDIRDI

08.06.2019 14:44 3 527
Ramil Usubov bölmədə vəkili döyən polisləri CƏZALANDIRDI
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində vəkil Orxan Kəngərlinin döyülməsinə görə iki polis əməkdaşı işdən çıxarılıb.

"Report" xəbər verir ki, bunu vəkil Anar Qasımlı bildirib.

Belə ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun 7 iyun tarixli əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib, təhqiqatçı Elnur Rəşidov isə vəzifədən azad olunub. Nazirin digər əmri ilə əməliyyatçı və sahə müvəkkilinə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq olunub.

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində fiziki təzyiqə məruz qalması ilə bağlı məlumat yayılmışdı. Lakin Daxili İşlər Nazirliyi məlumatın yalan olduğunu, vəkilin polis şöbəsinin normal iş rejimini pozmasına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərildiyini açıqlamışdı.

скачать dle 11.3
Mojo.az Banner