Mojo.az Banner
12:25 Ermənistan ordusunda ölümlər: Son üç gün ərzində üçüncü hadisə  |     12:22 Buzovnada faciə: Körpə ölü doğuldu, ailə həkim səhlənkarlığını iddia edir - VİDEO  |     12:15 Əfsanəvi Dolli Parton 81 yaşında vəfat etdi  |     12:05 Alyona Əliyeva Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib - FOTO  |     11:58 Kimlər daha tez pensiyaya çıxa bilər? – Açıqlama  |     11:52 Yaş həddi artırılır – 70 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ  |     11:45 Payızda iş axtaranlara yeni fürsətlər: Bu sahələrdə işçi lazım olacaq  |     11:42 Gürcüstandan avtomobil almaq hələ də sərfəlidirmi? – Açıqlama  |     11:38 Yeni dərs ili ailə büdcəsini nə qədər çətinləşdirəcək?  |     11:31 Sentyabrın 1-dən suya görə ödəniş: cibimizə necə təsir edəcək?  |     11:27 Dövlət məktəblərində avtobus xidməti yaradıla bilər? – AÇIQLAMA  |     11:24 Qlobal bazarlarda NEFT UCUZLAŞIR  |     11:16 Xırdalanda körpə yeddinci mərtəbədən yıxılaraq ölüb  |     23:00 FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib  |     22:52 Samuxda 22 yaşlı qadını maşın vurdu  |     22:45 AĞIR QƏZA: ölən və xəsarət alanlar var  |     22:36 Zəngli saat qurmağı unudun!  |     22:28 Bu bürcləri böyük sürpriz gözləyir  |     22:20 Səfirimiz Belqradda diplomatik fəaliyyətə başladı  |     22:13 Azərbaycanda Ermənistana növbəti tədarük həyata keçirilib  |    
Left Banner
Right Banner

Məktəblilər 15 yaşlı qızı gölməçədən çirkli su içməyə məcbur etdilər – Video

06.06.2019 18:48 2 283
Məktəblilər 15 yaşlı qızı gölməçədən çirkli su içməyə məcbur etdilər – Video
Rusiyanın Altay vilayətində 15 yaşlı qızı məktəb yoldaşları küçədəki gölməçədən çirkli su içməyə məcbur ediblər.

Həmin şagirdlərin təhsil aldığı məktəbin direktoru da məsələyə münasibət bildirib. Deyib ki, qızın anasına bu barədə polisə ərizə yazmağı məsləhət görüb, amma qadın bu addımı atmaqdan imtina edib.

Direktor Tatyana Stoller deyib ki, sözügedən məktəbli qız bundan öncə də məktəbdə nəzarətdə idi: “O, məktəbə gəlmirdi, tez-tez dərs buraxırdı. Ona görə dəfələrlə anasını məktəbə dəvət etmişik, söhbət aparmışıq, hətta psixoloqun onunla fərdi söhbətləri də olub. Yəni məktəb üzərinə düşən bütün işləri görüb”.

Direktorun sözlərinə görə, gölməçədən su içməyə məcburetmə hadisəsindən sonra sinif rəhbəri və psixoloq onların evinə gedib, ancaq qız onlarla ünsiyyətdə olmaqdan yayınır.

Stoller onu da əlavə edib ki, şagirdi çirkli su içməyə məcbur edənlər başqa məktəbi şagirdləri olub.

Sosial şəbəkələrdə qız gölməçədən su içməyə məcbur edilərkən lentə alınmış görüntüləri yayılıb. Görüntülərdə 15 yaşlı qız gölməçənin qarşısında dizüstə çöküb ağlayır. Digərləri isə ondan əyilib su içməyi tələb edir. Onu məcbur edənlər arasında qızlar da var.

//bizimyol.info

скачать dle 11.3
Mojo.az Banner