Mojo.az Banner
14:38 Günəşdə ən yüksəksəviyyəli alışmalar gözlənilir  |     13:39 Sənədi olmayan bəzi məhsulların ölkəyə gətirilməsi QADAĞAN EDİLİR  |     12:51 Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE  |     12:50 Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi  |     12:49 Qlobal bazarda neft bahalaşdı  |     12:47 İki milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu - FOTO  |     12:45 Mərdəkanda dənizdə 16 yaşlı gənc batıb  |     12:37 Çəyirtkələrin sirri: Onları Azərbaycana gətirən səbəb nədir?  |     12:31 Təhsil müəssisələrində geyim tələbləri TƏSDİQLƏNDİ  |     12:16 Loren Bennet 37 yaşında vəfat etdi  |     12:06 Pakistanda polis postuna silahlı hücum: 9 nəfər həlak olub  |     11:37 Bakıda 40 yaşlı kişi küçədə öldü  |     23:03 Tsarukyanın evindən tapılan vəhşi heyvanlar zooparka köçürüldü - Video  |     22:55 Kuba qaranlığa büründü  |     22:49 Çay təzyiqi aşağı salmağa kömək edirmi? - Mütəxəssislərin cavabı  |     22:44 YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişdi  |     22:39 "Qatar Airways"in təyyarəsi Bakıya eniş etməli oldu  |     22:33 "Qarabağ"ın avrokubok heyəti: UEFA-ya rəsmi müraciət göndərildi  |     22:25 Güclü külək Qax və Zaqatalada fəsadlar törətdi  |     22:20 Qaqik Tsarukyan saxlanıldı (Yenilənib)  |    
Left Banner
Right Banner

Azərbaycanda qocaların maşın sürməsi qadağan oluna bilər - VİDEO

06.06.2019 16:22 2 261
Azərbaycanda qocaların maşın sürməsi qadağan oluna bilər - VİDEO
83 yaşlı taksı sürücüsünün ehtiyyatsızlıqdan törətdiyi qəza, ahıl sürücülər məsələsini yenidən gündəmə gətirib. İnsanin yaşı artdıqca, hadisə anında reaksiyası azalır. Belə olan halda ahıl sürücülərin qəza törətmə riskləri də çoxalmış olur.

Median.Az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Azər Allahverənov - Ekspert: "Çünki yaşlı insan, 75-80-85 yaşlarında olan insan istər istəməz avtomobili idarə edərkən,  nə qədər peşəkar olsa da, lap 50 ilin sürücüsü olsa belə bir çox göstəricilərdə arzu olunan səviyyədə deyil".

Bu məsələdə ekspertlər arasında fikir ayrılığı mövcuddur." Yaşa görə heç kimə maşın sürməyi qadağan etmək olmaz" deyə düşünənlər də var.

Elməddin Muradlı - Ekpert: "Kimisə qınamaq olmaz ki, 80 yaşın varsa, maşın sürmə, sağlamlığı imkan verirsə lap 100 yaşında maşın sürsün. Eşitmə, görmə qabiliyyəti zəyif olan, sükana sahib ola bilməyən çoxlu sayda sürücülərimiz var".

YHQ-yə edilən dəyişiklikdən sonra, yaş həddi məsələsi avtobus sürücülərinə şamil olunub. 
Yəni 65-dən yuxarı olan avtobus sürücülərinə D və E kateqoriyaları verilmir. Amma digər sürücülərə bu şamil edilmir.

Adi halda sürücülər üçün yaş məhdudiyyəti qoyulmasa da, yaşlıların mütəmadi olaraq həkim müayinəsindən keçməsi tələb olunur. Sürücülük vəsiqəsinin yenilənməsi də məhz həmin həkim rəyi əsasında aparılır.

Azər Allahverənov - Ekspert: "70 yaşa çatmış sürücülər qeydiyyatda olduğu poliklinikaya mürəciət edir. 
Bütün yoxlamalardan keçirlər. Və arayışı alır. Yol polisi ilə yanaşı ASAN xidmət də bu işi icra edir. Həmin arayışı verir. Yeni iki illik sürücülük vəsiqəsi alır".

Amma bəzi yaşlı insanların saglamlıq arayışlarını həkimlərdən hansı əsaslarla alması şübhə doğurur. Ona görə də mütəxəssislər bu sahədə nəzarəti gücləndirməyi təklif edirlər.

Elməddin Muradlı - Ekpert: "Mənə belə gəlir ki, yol polisinə belə bir səlahiyyət vermək lazımdır ki, gələcəkdə şübhə yarandıqda, özü vəsadət qaldırıb təkrar komissiya tələb edə bilsin ki, ümumi komissiya baxsın bu doğurdanmı sürücülüyə yararlıdır ya yox".

Dünyanın əksər ölkələrində yaşlı sürücülərlə bağlı xüsusi layihələr icra olunur. Bəzi ölkələrdə könüllü sürücülük vəsiqələrindən imtina edən ahıl sürücülərə, xüsusi imtiyazlar tətbiq edilir. Müsbət praktikalardan yararlanıb, ölkəmizdə də oxşar model tətbiq edilə bilər.
  


скачать dle 11.3
Mojo.az Banner