Mojo.az Banner
13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Arif Rəhimzadə: Kimsə gəlib şlaqbaum qoyub ki, buradan avtomobil getməsin

04.06.2019 15:53 1 676
Arif Rəhimzadə: Kimsə gəlib şlaqbaum qoyub ki, buradan avtomobil getməsin
Dayanacaqların əsasnaməsi olmalıdır.

Bunu iyunun 4-də Milli Məclisin (MM) Regional məsələlər komitəsinin növbəti iclasında “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı komitə sədri Arif Rəhimzadə söyləyib.

Komitə sədri deyib ki, hazırda təzə dayanacaqlar yaradılır.

“Bakıda, Nizami rayonu ərazisində, 8-ci km-də Birinci vitse-prezidentin tapşırığı ilə çox gözəl park salınıb. Bu təşəbbüs təqdir edilməlidir. Amma kimsə gəlib orada şlaqbaum qoyub ki, buradan avtomobil getməsin. Bundan bələdiyyələrin xəbəri var?

Yəqin ki, orada yaşayan əhalinin avtomobilləri varsa, kart almalıdır. Tutaq ki, birinin ağır yükü var, taksi ilə gəlmək istəyir, necə olacaq? Yaxud təcili yardım maşını lazım olsa, bu məsələ necə tənzimlənəcək?

Ümumiyyətlə, bu dayanacaqların bir Əsasnaməsi olmalıdır”, - deyə komitə sədri əlavə edib.скачать dle 11.3
Mojo.az Banner