Mojo.az Banner
18:30 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:28 Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, dolu düşəcək  |     16:40 Kənd sakinləri pullarını ən çox nəyə xərcləyir?  |     14:46 Avqustun istisində sağlam qalmağın 10 yolu  |     14:43 Tovuzda qadın qətlə yetirildi: Qardaşı oğlu tutuldu  |     14:31 Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM  |     14:07 Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı - YENİ TƏYİNAT  |     13:18 Media və Yayım Şurasının strukturu təsdiqlənib  |     12:57 Azərbaycanlı sahibkar Rusiyada məhkəməyə verildi - Keçmiş şirkətindən Şahlar Novruzova İTTİHAM  |     12:39 Ər və arvadın yanaraq öldüyü hadisə QƏSDƏN törədilibmiş - Saxlanılan var (Yenilənib)  |     12:25 Azərbaycanda icra başçısı olmayan rayonlar  |     12:17 Bakının mərkəzində binada yanğın başlayıb, sakinlər təxliyə edilib - YENİLƏNİB (VİDEO)  |     12:02 Mənzillərində istilik sistemi ilə bağlı təmir işləri aparanlara XƏBƏRDARLIQ  |     11:46 Bakıda 36 yaşlı kişi evində ölü tapıldı  |     11:36 Naxçıvanda gecə saatlarında kanalda batan şəxs xilas edildi  |     11:34 Zərdabda qəsdən yanğın törədən şəxs cəzalandırıldı  |     11:05 Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır  |     10:59 "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirildi  |     23:02 Avtobuslarda məhz buna görə əks istiqamətli oturacaqlar var imiş  |     22:57 Motosikletlə “Mercedes” toqquşdu - Kuryer xəsarət aldı  |    
Left Banner
Right Banner

Komitə: Dövlət büdcəsinə ödənilən vəsaitin “rüşvət” kimi qələmə verilməsi böhtandır

29.05.2019 17:09 2 468
Komitə: Dövlət büdcəsinə ödənilən vəsaitin “rüşvət” kimi qələmə verilməsi böhtandır
Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xaricdən ölkəyə minik avtomobili gətirən şəxsdən qeyri-qanuni vəsaitin alınması barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, şikayətçı olduğu bildirilən şəxsin gömrük orqanına bəyan etdiyi dəyərin miqdarında şübhələr yarandığından Azərbaycan Respublikasının "Gömrük tarifi haqqında" Qanununa uyğun olaraq araşdırmalar aparılıb.

Gömrük orqanının şübhələri öz təsdiqini tapdığından nəqliyyat vasitəsinin yenidən dəyərləndirilməsi həyata keçirilib və bəyannamədə müvafiq dəyişikliklər edilib.

Gömrük əməliyyatları zamanı nəzərdə tutulan bütün ödənişlər isə dövlət büdcəsinə köçürülərək bu barədə həmin şəxsə qəbzlər verildiyindən hər hansı qeyri-qanuni ödəmələrdən söhbət gedə bilməz. Üstəlik vəsaitin birbaşa dövlət büdcəsinə ödənildiyi yazıda da öz əksini tapıb.

Dövlət büdcəsinə ödənilən vəsaitin "rüşvət" kimi qələmə verilməsi onu deməyə əsas verir ki, yazı sifariş xarakterildir və məqsəd gömrük orqanlarına qarşı qərəz, böhtan xarakterli məlumatlar yaymaqdır.

Onu da qeyd edək ki, "Gömrük tarifi haqqında" Qanunun 11.3-cü maddəsinə əsasən Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər.

Lakin media qurumlarına şikayət etdiyi bildirilən şəxs gömrük bəyannaməsində göstərilən məlumatları təsdiq edərək gömrük orqanının müvafiq düzəlişləri ilə razılaşdığını bildirib.

Dövlət Gömrük Komitəsi bir daha media qurumları və nümayəndələrinə Komitənin fəaliyyəti ilə bağlı məlumatları yayımlayarkən rəsmi mövqeyi də öyrənməyi tövsiyə edir.скачать dle 11.3
Mojo.az Banner