Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubları göndərir - YENİLƏNİB-4

28.05.2019 16:56 2 624
Dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubları göndərir - YENİLƏNİB-4
Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

"Hörmətli Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və bütün Azərbaycan xalqına Vyetnam Hökuməti və xalqı adından ən xoş təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın regionda və dünyada rolunun artmasından və mövqeyinin möhkəmlənməsindən, xalqınızın qazandığı böyük sosial-iqtisadi uğurlardan məmnunluq hissi keçiririk.

Vyetnam xalqlarımızın maraqları naminə ölkələrimizin liderləri və xalqları tərəfindən uzun illər ərzində yaradılmış və inkişaf etdirilmiş səmərəli əlaqələrimizi bütün sahələrdə hər zaman təqdir edərək gücləndirmək niyyətindədir.

Son zamanlar Vyetnam-Azərbaycan əməkdaşlığının nəticələrini yüksək qiymətləndirirəm. Mən tam əminəm ki, ölkələrimizin liderlərinin güclü siyasi iradəsi və birgə səyləri sayəsində Vyetnamla Azərbaycan arasındakı dostluq münasibətləri və əməkdaşlıq ölkələrimizin inkişafına, bölgədə və dünyada sülhə, sabitliyə və rifaha əhəmiyyətli dərəcədə töhfə verməklə səmərəli şəkildə genişləndiriləcəkdir.

Mən Azərbaycanın daim firavan olmasını arzulayıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

*** 14:48

Rumıniyanın Prezidenti Klaus Verner İohannis də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, bütün Azərbaycan xalqına firavanlıq arzularımı çatdırmaq istərdim.

Bu xoş fürsətdən istifadə edərək əminliyimi bildirirəm ki, Rumıniya ilə Azərbaycan arasında möhkəm təməl üzərində qurulmuş strateji tərəfdaşlıq daha da genişlənəcək və dərinləşəcək.

Cənab Prezident, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

14:00

İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurer də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Bu xoş fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar, ölkənizə və xalqınıza daha parlaq gələcək arzu edirəm.

Bu il yanvarın 23-də Davos şəhərindəki görüşümüzü məmnuniyyətlə xatırlayıram. Həmin görüş zamanı ölkələrimiz arasındakı möhkəm dostluq münasibətlərini yenidən nəzərdən keçirmək imkanımız oldu. İsveçrə Konfederasiyası Azərbaycan Respublikası ilə sıx münasibətlərin qorunub saxlanılmasına sadiqliyini və bu istiqamətdə aparılan uğurlu fəaliyyətin hər iki dövlətin mənafeyi naminə davam edəcəyinə ümidvar olduğunu bildirir.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

12:58

Mərakeşin Kralı VI Mohammed də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir:

"Zati-aliləri.

Əziz Qardaşım.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə Sizin rəhbərliyinizlə tərəqqi və firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək xalqlarımız arasındakı möhkəm qardaşlıq əlaqələrinə, eləcə də ölkələrimiz arasındakı sıx əməkdaşlığa çox böyük dəyər verdiyimi bir daha qeyd etmək istəyirəm".

10:40

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Median.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, xahiş edirəm, Sizə yüksək ehtiramımı qəbul edin".

Son xəbərlər