Mojo.az Banner
13:39 Sənədi olmayan bəzi məhsulların ölkəyə gətirilməsi QADAĞAN EDİLİR  |     12:51 Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE  |     12:50 Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi  |     12:49 Qlobal bazarda neft bahalaşdı  |     12:47 İki milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu - FOTO  |     12:45 Mərdəkanda dənizdə 16 yaşlı gənc batıb  |     12:37 Çəyirtkələrin sirri: Onları Azərbaycana gətirən səbəb nədir?  |     12:31 Təhsil müəssisələrində geyim tələbləri TƏSDİQLƏNDİ  |     12:16 Loren Bennet 37 yaşında vəfat etdi  |     12:06 Pakistanda polis postuna silahlı hücum: 9 nəfər həlak olub  |     11:37 Bakıda 40 yaşlı kişi küçədə öldü  |     23:03 Tsarukyanın evindən tapılan vəhşi heyvanlar zooparka köçürüldü - Video  |     22:55 Kuba qaranlığa büründü  |     22:49 Çay təzyiqi aşağı salmağa kömək edirmi? - Mütəxəssislərin cavabı  |     22:44 YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişdi  |     22:39 "Qatar Airways"in təyyarəsi Bakıya eniş etməli oldu  |     22:33 "Qarabağ"ın avrokubok heyəti: UEFA-ya rəsmi müraciət göndərildi  |     22:25 Güclü külək Qax və Zaqatalada fəsadlar törətdi  |     22:20 Qaqik Tsarukyan saxlanıldı (Yenilənib)  |     22:12 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |    
Left Banner
Right Banner

Bakıda sevgi gənci intihara sövq etdi

28.05.2019 13:00 3 695
Bakıda sevgi gənci intihara sövq etdi
Nizami rayon istintaq orqanlarının sözlərinə görə, qarşılıqsız sevgi gənc oğlanı intihara sövq edib.

Median.Az
xəbər verir ki, bu barədə Oxu.Az-a Nizami rayon Prokukorluğundan məlumat verilib.

Xatırladaq ki, 26 may 11:30 radələrində Qara Qarayev prospektində yerləşən 16 mərtəbəli yaşayış evinin doqquzuncu mərtəbəsinin eyvanından Şirvan sakini 18 yaşlı Şahin Hafiz oğlu Hüseynov özünü atıb.

Son dəfə qonaq etdiyi əmisi oğlunun bildirdiyinə görə, intihara səbəb qıza olan sevgisidir. O, aralarında intihardan bir neçə dəqiqə əvvəl oğlanın narahatlıqları barədə danışıq olduğunu bildirib. Qardaşı ona hər şeyi ürəyinə yaxın qəbul etməməyi və ağılsızlıq etməməyi bildirib və digər otağa keçib. Ş.Hüseynov az sonra “Əlvida” deyə qışqırıb və pəncərədən özünü atıb.

Ş.Hüseynovun kompüter proqramları üzrə müəllimi Pərviz Əkbərov Oxu.Az-a bildirib ki, gənc, xəbərlərdə yazıldığı kimi, Bakıda fəhlə işləmirdi, Bakıda qonaq idi.

Onun sözlərinə görə, intihar vaxtı onun yanında atasının bacısı oğlu olub. Ş.Hüseynov pəncərənin ağzına oturub, gödəkçəsini çıxarıb, sağollaşıb və özünü aşağıya atıb.

“Şahini balaca vaxtından tanıyırdım, gözümün qabağında böyüyüb. Həmişə hündürlükdən qorxurdu. Ona görə də inanmıram ki, o, intihar etsin. Buna onun doğmaları da inanmır. O, həyatı sevirdi. Dünən yasda idim, orada onun yaxınlarını gördüm. Ölməmişdən əvvəl evə zəng edib, ona gitarasını gətirmələrini xahiş edib” - müəllimi deyir.

Hazırda faktla bağlı araşdırmalar davam edir. Məlumatlara görə, nəticə bunun intihar olduğunu sübut edir.скачать dle 11.3
Mojo.az Banner