Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Komitədən ciddi ittiham: Qadınlara qarşı zorakılıq statistikası saxtalaşdırılır

22.05.2019 14:01 1 907
Komitədən ciddi ittiham: Qadınlara qarşı zorakılıq statistikası saxtalaşdırılır
Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı statistikaların saxtalaşdırılması faktlarına rast gəlinir.

Bunu Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.

Onun sözlərinə görə, bu hallar zorakılıqla bağlı açılan cinayət işlərinin maddəsinin dəyişdirilməsində özünü büruzə verir:

“Məsələn, bizdə olan məişət zorakılığına məruz qalma halları ilə bağlı rəqəmlər üst-üstə düşmür. İlin ortasında Komitəyə Cinayət Məcəlləsinin 125-ci maddəsilə (intihar həddinə çatdırma) açılmış işlərlə bağlı təqribən 60 fakta dair məlumatlar daxil olur.

İlin sonunda statistikada rəqəm 37 göstərilir. Daxili İşlər Nazirliyinə zəng vurub rəqəmlərdəki fərqin səbəbini soruşanda, deyirlər ki, “araşdırmalarla açılmış cinayət işinin maddəsi dəyişdirilib”.

“Nəinki qadınlarla, ümumiyyətlə, insan amili olan proseslərdə diqqətli olmaq lazımdır. Problemləri gizlətmək yox, açmaq lazımdır. Rayonlara səfər zamanı hüquq-mühafizə orqanlarından erkən nikah, zorlama halları ilə bağlı məlumat istəyəndə tarixdən, Tomrisdən danışırlar.

Deyirəm, mənə bu lazım deyil. Mən tarixi də bilirəm, Tomrisi də tanıyıram. Mənə fakt lazımdır, zorlama, erkən nikahla bağlı fakt verin”, - deyə komitə rəsmisi qeyd edib.

//oxu.az
скачать dle 11.3

Son xəbərlər