Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Telegram-ın yaradıcısı Whatsapp-ı sərt tənqid edib

21.05.2019 21:54 2 198
Telegram-ın yaradıcısı Whatsapp-ı sərt tənqid edib
Vkontakte sosial şəbəkəsinin və Telegram messencerinin yaradıcısı Pavel Durov Facebook şirkətinə məxsus olan Whatsapp messencerinin nəyə görə heç zaman təhlükəsiz olmayacağını başa saldı və həmin messenceri diktatorların ən sevimli messenceri adlandırdı. Bu barədə Rusbase saytı xəbər verib. Durov Whatsapp barəsində bu bəyanatları 14 may tarixində hackerlərin Whatsapp-ın sistem boşluğundan istifadə edərək istifadəçilərin smartfonlarına casus tətbiqlərini yaza bilmələri xəbərinin ortaya çıxmasından sonra verib. "Bütün dünya Whatsapp messencerinin istənilən smartfonu casus cihaza çevirməsi xəbərinə çok oldu. Məni isə bu heç də təəccübləndirmədi" - deyə Pavel Durov bildirib.

Median.Az
technote.az-a istinadən bildirir ki, Durov-un fikrincə Whatsapp-ın 10 illik tarixi ərzində elə bir gün olmayıb ki, bu messencer təhlükəsiz olsun. Durov-un sözlərinə əsasən Telegram-dan fərqli olaraq Whatsapp-ın mənbə kodu bağlıdır və buna görə də kibertəhlükəsizlik üzrə kənar mütəxəssislər kodda backdoorların olub-olmadıqlarını yoxlaya bilmirlər. Backdoorlar alqoritm defektləridir. Tərtibatçılar onları üçüncü şəxslərin sistemə icazəsiz girişlərinə imkan yaratmaq üçün bilərəkdən kodlara yerləşdirirlər. "Bəlkə də FBI Facebook-u və Whatsapp-ı məcbur edir ki, onlar kodlara backdoorlar yerləşdirsinlər" - deyə Durov qeyd edib.

Durov onu da qeyd edib ki, o, FBI-nın motivasiyasını başa düşür: Təhlükəsizlik xidmətləri messencerlərə qarışma cəhdlərini terrorizmlə mübarizə ilə əlaqələndirirlər. Lakin backdoorlar həmçinin cinayətkarlara və avtoritar hökumətlərə sərf edir. "Heç təəccüblü deyil ki, diktatorlar Whatsapp messencerini bu qədər sevirlər. Onun sistem boşluğu onlara insanlar üzərində casusluq aparmağa imkan verir. Məhz buna görə də Rusiya Federasiyası və İran kimi ölkələrdə onu pulsuz şəkildə yükləmək olar. Telegram isə bu cür ölkələrdə qadağan edilib" - deyə Durov əlavə edib.

O həmçinin qeyd edib ki, 3 il bundan öncə Whatsapp öz sisteminə end-to-end şifrələmə üsulunu əlavə edən zaman o, aqressiv şəkildə istifadəçiləri öz çatlarının ehtiyat kopyalarını bulud yaddaşlarda saxlamağa çağırırdı. Lakin bu da istifadəçi məlumatlarını əlçatan edir. Ehtiyat kopyalarını etməmiş istifadəçilər istənilən halda təhlükəsizlikdə deyillər. Çünki Facebook şirkəti Whatsapp istifadəçilərinin məlumatlarını böyük həcmdə dövlət agentliklərinə ötürür. Durov onu da qeyd edib ki, 1 il bundan öncə Whatsapp yaradıcıları Facebook şirkətindən ayrılan zaman bildirmişdilər ki, "onlar öz istifadəçilərinin konfidensiallıqlarını satıblar".

"Bir neçə il bundan öncə mən öz ölkəmi tərk etməli oldum. Çünki mən Vkontakte istifadəçilərinin konfidensiallıqlarının dövlət tərəfindən pozulması sanksiyalarına əməl etmədim. Bu heç də xoş deyildi. Lakin mən yenidən qərar verməli olsaydım həmin cür seçim edərdim" - deyə Durov bildirib. Durov təkcə Whatsapp-ı deyil həm də Facebook ilə Instagram-ı da istifadə üçün təhlükəli hesab edir. O, Facebook-un illərlə milyonlarla istifadəçi şifrələrinin şifrələnməmiş vəziyyətdə saxlanması qalmaqalanı xatırladaraq böyük texnoloji şirkətin bu cür səhvi necə etdiyini başa düşmədiyini qeyd edib.

Son xəbərlər