Mojo.az Banner
21:20 İran XİN sözçüsü: "Məktəbə zərbə nəticəsində 160-a yaxın şagirdin həlak olma ehtimalı var"  |     21:13 İranın cavab zərbələrindən sonra Dubayda yanğın - VİDEO  |     21:06 "Böyük Dəbilqə": Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb  |     20:59 KİV: ABŞ İrana zərbələr zamanı ilk dəfə kamikadze dronlardan istifadə edib  |     20:53 Hacı Nuranın bu istedadı da varmış - Hamı TƏƏCCÜBLƏNDİ - VİDEO  |     20:46 Tehran TƏXLİYƏ OLUNUR: Paytaxt sakinlərinə ÇAĞIRIŞ  |     20:40 Türkiyə 10 ölkəyə uçuşları ləğv etdi  |     20:34 Hiyləgər bürclər — Hər kəsi aldadırlar  |     20:27 Martın 1-i ilə bağlı rəsmi məlumat  |     20:20 Cəlilabadda selin uçurduğu körpü bərpa edildi: Üç kəndin yolu açıldı  |     20:12 İDDİA: İranda hakimiyyət xalqın ixtiyarına verilir - Müvəqqəti hökumət yaradıldı  |     20:05 Qar yağacaq, yollar buz bağlayacaq  |     19:57 Qaradağda ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO  |     19:40 Tanınmış aktyor vəfat etdi  |     19:31 İran Ümrə və Həcc ziyarətlərini dayandırdı  |     19:25 İsrail ordusu İranın strateji müdafiə sistemlərinə genişmiqyaslı zərbələr endirib - VİDEO  |     19:17 Türkiyə XİN-dən ABŞ və İsrailin İrana hücumları ilə bağlı AÇIQLAMA  |     19:10 Dövlət Sosial Müdafiə Fondunda yeni təyinatlar - FOTO  |     19:03 Xamenei öldürülüb? - Rəsmi açıqlama - VİDEO  |     18:58 Ramazan ayının onuncu gününün iftar vaxtı  |    
Left Banner
Right Banner

Kaliforniyanın daha bir şəhərində “Azərbaycan Milli Günü” elan edildi

13.05.2019 11:49 3 238
Kaliforniyanın daha bir şəhərində “Azərbaycan Milli Günü” elan edildi
ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhəri 2019-cu il mayın 28-ni “Azərbaycan Milli Günü” elan edib.

Bu barədə oxu.az-a Los-Ancelesdəki Baş Konsulluqdan məlumat verilib.

Məlumata görə, bununla bağlı şəhər meri Kristina Shea (Christina Shea) müvafiq bəyannamə imzalayıb.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə azərbaycanlı-amerikalıların şəhərin sosial və iqtisadi həyatına əvəzolunmaz töhfələr verməkdə davam etdiyi bildirilir.

Bəyannamədə azərbaycanlı-amerikalıların güclü ailə bağları, ictimai dəstək və zəngin mədəni irsi vasitəsilə ABŞ-da daha da güclənərək inkişaf etdiyi qeyd olunur.

Sənəddə bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram etdiyi vurğulanaraq, Şəhər Şurasının Örvaynda yaşayan azərbaycanlı-amerikalı icmasının dəyərli töhfələrini təqdir etdiyi deyilir.

Bəyannamənin sonunda Örvayn Şəhər Şurası tərəfindən 28 may tarixi sözügedən şəhərdə “Azərbaycan Milli Günü” elan edilir.

скачать dle 11.3
Mojo.az Banner