Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

9 May–Qələbə Günü Gəncədə də qeyd olunub - FOTO

09.05.2019 20:20 2 614
9 May–Qələbə Günü Gəncədə də qeyd olunub - FOTO
Gəncədə faşizm üzərində qələbənin 74-cü il dönümü qeyd olunub.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, tədbir "Xan bağı"nda, ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi önündə keçirilib.

Mərasimdə şəhər rəsmiləri, Böyük Vətən Müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi önünə əklil qoyub. Böyük Vətən Müharibəsində, eləcə də Azərbaycanın suverenliyi, istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra hərbi orkestrın ifasında Azərbaycanın dövlət himni səsləndirilib.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqı Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Böyük Vətən Müharibəsi iştirakçıları, o cümlədən bütün veteranlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Bu gün Gəncədə 7 Böyük Vətən Müharibəsi iştirakçısı yaşayır. Arxa cəbhə iştirakçılarının sayı 58, Böyük Vətən Müharibəsi iştirakçılarının dul xanımlarının sayı isə 72-dir.

Tədbirdə Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Daha sonra hərbi orkestrın müşayiəti ilə hərbiçilər və gənc "Şahinlər"in təntənəli keçidi baş tutub.

Veteranlar və ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ailə üzvləri ilə görüş də yaddaqalan olub.

скачать dle 11.3
Mojo.az Banner