Bakıda 10 yaşlı qızı maşın vurub
Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun 2-ci mədən, korpus 170, ev 10 ünvanında qeydə alınıb.
2009-cu il təvəllüdlü Əliyeva Bahar Azər qızını həyətlərində "Mercedes" markalı avtomobil vurub. Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.
