Mojo.az — elanlar
Son Xəbərlər
21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |     20:32 Ordubadın Dırnıs kəndindən sel keçib  |     20:08 Naxçıvanda vəzifəli şəxs həbs edildi  |     19:39 Bakıda yaşayış binasında uçqun  |     19:28 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib  |     19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

"Şeremetyevo"da yanan təyyarənin qara qutusu açıldı

07.05.2019 22:21 2 615
Moskvanın “Şeremetyevo” aeroportunda qəzaya uğramış təyyarənin qara qutularından ilk məlumatlar əldə edilib.

Rusiya mətbuatının hadisənin təhqiqat qrupuna yaxın mənbələrə əsasən yayığı xəbərə görə, havaya qalxandan sonra təyyarə ildırımlı sahəyə düşüb. Pilotlar bu ərazidən yan keçməyə çalışıblar. Lakin generatorda baş verən gərginlik sıçrayışları üzündən təyyarənin sistemi sıradan çıxıb. Bundan sonra ekipaj aeroporta qayıtmaq üçün icazə istəyib. Eniş zamanı pilotlar naməlum səbəbdən sürəti artıraraq enmə əməliyyatını saatda 240 kilometr əvəzinə saatda 287 kilometr sürətlə yerinə yetiriblər.

Xatırladaq ki, mayın 5-də Moskvadan Murmanska uçan “Aeroflot” şirkətinə məxsus “SSJ-100” təyyarəsi eniş zamanı yanıb. Təyyarədə olan 78 nəfərdən 41-i həlak olub.

Son xəbərlər