Mojo.az — elanlar
Son Xəbərlər
17:17 Tiktoker "İsican" həbs edildi  |     16:49 Azərbaycanda bəzi mənzillər bahalaşacaq  |     16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |    
Mojo.az Avto
Mojo.az Avto

Mirzə Babayevin nəvəsi həbs olundu

06.05.2019 14:15 2 846
Mirzə Babayevin nəvəsi həbs olundu
"Respublikaçı Alternetiv” partiyasının üzvü olan Emin Babayev mayın 4-də saxlanılıb.

Küçədə telefonla danışarkən söyüş söyməkdə və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırılan E.Babayev Səbail rayonu, 8-ci polis bölməsinə aparılıb.

Bölmədə onun haqqaında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) protokol tərtib olunub, o, Səbail rayon Məhkəməsinə aparılıb.

Məhkəmədə E.Babayev deyib ki, o, söyüş söyməyib, həmin gün ümumiyyətlə, telefondan istifadə etməyib. Bölmədə isə ondan sosial şəbəkələrdə yazdıqları barədə soruşublar.

Məhkəmədə vəkil əlavə sübutlar haqda vəsatət verib. Əlavə şahidin məhkəməyə gəlməsi üçün proses mayın 6-na qədər təxirə salınıb. Hakim bildirib ki, E.Babayev sərbəstdir, evə getsin, bazar ertəsi məhkəməyə gəlsin.

Lakin E.Babayev məhkəmədən çıxandan sonra polislər onu yenidən saxlayıb.

Bu xəbəri onun vəkili Şəhla Hümbətova da "Bizimyol.info”ya açıqlamasında təsdiqləyib. Bildirib ki, müvəkkilini polis əməkdaşları Nəsir Vəliyev, Bəxtiyar Fərzəliyev və Ramil Lətifli iltizama qol çəkmək adıyla bölməyə çağırıblar, amma onu orada saxlayaraq buraxmayıblar.

Vəkil bu gün polis bölməsinə gedib E.Babayevin hansı əsasla saxlandığını soruşub. Ona cavab verilib ki, E.Babayev özü burada qalmaq istəyir: "Polis əməkdaşları Bəxtiyar Fərzəliyev və növbətçi Pərviz Əliyevin mənə bildirdiyinə görə, guya Emin özü deyib ki, orada qalmaq istəyir, bölmədən getmək istəmir”.

Vəkil bölmədə müvəkkili ilə görüşmək istəsə də, ona icazə verilməyib.

E.Babayev mərhum Xalq artisti Mirzə Babayevin nəvəsidir.

Son xəbərlər