Türkiyədə ağır yol qəzası baş verib, 7 ölü, 30 yaralı var
"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, hadisə Rəşadiyə rayonunda qeydə alınıb.
Belə ki, Güvəndik kəndindəki yas mərasimindən qayıdan şəxsləri daşıyan avtobus aşıb. Nəticədə 7 nəfər ölüb, 30-ü isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
