Mojo.az Banner
16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:23 Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO  |     16:16 “El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ  |     15:56 Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır  |     15:47 “Qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır”  |     15:36 Məktəblərdə hicaba icazə veriləcək? — AÇIQLAMA  |     15:11 Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı  |     15:09 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR  |     13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya televiziyasından Azərbaycana qarşı təxribat (VİDEO)

27.04.2019 16:17 2 431
Rusiya televiziyasından Azərbaycana qarşı təxribat (VİDEO)
Rusiyanın ən böyük televiziya kanallarından biri olan "Pervıy kanal" (keçmiş ORT) Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edib.

Median.Az
yeniavaz.com-a istinadən xəbər verir ki, "Pervıy kanal"da yayımlanan məşhur "Uşaqların səsi" ("Qolos Deti") proqramının 6-cı buraxılışında Xankəndi şəhərindən gələn Mixail Qriqoryan adlı məktəbli də iştirak edib.

"Pervıy kanal" da yayımlanan və Svetlana Loboda, Pelaqeya və Valeri Meladze kimi məşhur şəxslərin münsif olduğu "Uşaqların səsi" adlı musiqi yarşımasının finalına çıxan Mixail Qriqoryan haqqında xüsusi reportaj hazırlanıb.
Dağlıq Qarabağa səfər edən "Pervıy kanal"ın çəkiliş qrupu Xankəndi və Şuşadan görüntülər yayıb. Yayılan görüntülərdə qondarma "Artsax" respublikasının hərbçiləri və bayrağı əks olunub. Eyni zamanda Mixail Qriqoryan özünü təqdim edərkən bildirir ki, mən Ermənistanın Stepanakert şəhərində anadan olmuşam.

Reportajda Şuşada inşa olunan "Surb Kazançeçoç" kilsəsini və "Nənə və Baba" abidələrini nümayiş etdirərək Dağlıq Qarabağın ermənilərə məxsusluğu barədə tamaşaçılarda rəy yaratmağa cəhd edilib.

Məlumat üçün bildirək ki, Moskvada fəaliyyət göstərən "Pervıy kanal" ("Birinci Kanal") Rusiyanın və keçmiş SSRİ-nin ilk televiziya kanalı hesab olunur. 1951-ci ildə yaradılan kanal "SSRİ Mərkəzi Televizyası" adlanıb. 1991-ci ildən "Ostankino", 1995-ci ildən etibarən isə ORT (İctimai Rusiya Televizyası) adlandırılıb. 2002-ci ildən bugünə kimi "Pervıy kanal" olaraq tanınır.скачать dle 11.3
Mojo.az Banner