Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda "Youtube"dən ƏN ÇOX PUL QAZANANLAR - SİYAHI

24.04.2019 21:20 2 629
Azərbaycanda
Azərbaycanda mahnıları, videoları, filmləri milyonlar tərəfindən izlənilən məşhurlar var. Onlar yaradıcılıqlarını nümayiş etdirib, geniş auditoriyaya təqdim etmək üçün məhz "Youtube" sosial şəbəkəsindən istifadə edirlər.

Median.Az
Redaktor.az-a istinadən ən çox pul qazanan məşhurların adlarını təqdim edir:

Redaktor.az-a danışan blogger Bahadur Seyidov söylədi ki, 322 000 abunəsi olan "Demədi Demə" "Youtube" kanalından ayda təxmini olaraq 700 dollar qazanır.

"Bu Şəhərdə"nin komandası da "Youtube"də ən çox sevilənlər və izlənilənlər siyahısındadır. Komandanın baş prodüsseri və ssenaristi Müşviq Abbasov bildirdi ki, onlarda hər ay fərqli olur. 209 677 nəfərin abunə olduğu kanal ayda 100-300 dollar gəlir gətirir.

Blogger Əmrah Babayev "Youtube" kanalından 1000-3000 dollar arası pul qazanır.

Gənc müğənni Nahidə Babaşlının gəliri isə bizi xeyli təəccübləndirdi. Nahidə ayda 1500-4000 dollar qazanır.

Müğənni Talıb Talenin verilişlərin birində söylədiyi "Youtube"dən 2 illik qazancımla ev almaq olar" fikri müzakirələrə səbəb olub. Talıb Talenin "Youtube" kanalında hazırda 500 000-ə yaxın abunəçi var. Gəlirini isə müğənni sirr olaraq saxladı.

Ən çox qazananlar sırasında müğənni Damla da yer alır. Sənətçi 223 minlik "Youtube" kanalından nə qədər pul qazandığını bizimlə bölüşmək istəmədi.

Bəziləri bu haqda məlumat versə də, digərləri qorxudan nəinki gəliri, hətta minimal qazanclarını belə söyləmədilər.скачать dle 11.3
Mojo.az Banner