Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Bacı 25 ildir xəstə qardaşını zəncirləyib zirzəmidə saxlayır - FOTO

24.04.2019 12:44 4 305
Bacı 25 ildir xəstə qardaşını zəncirləyib zirzəmidə saxlayır - FOTO
Ucar rayonunun Qarabörk kəndində bacı psixi problemləri olan qardaşını illərdir hində zəncirlənmiş halda saxlayır.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib. K.Ağazadənin sözlərinə görə, bacı bunu qardaşının təqaüdünü almaq üçün edib.

“Onun ruhu xəstə ola bilər. Bəs digər ruhu xəstə olub,onu bu hala salan ruhu xəstə bacını görən ruhu saglam insanlar hardadır? Ucar rayonu Qarabörk kənd sakinidir bu insan, daha düzgün anlamağınız üçün - psixi xəstədir. Amma insandır ilk öncə! 25 ildir ki, psixi xəstə olan ancaq kənd əhalisi arasında, “sən Allah, xatasın bizdən çəksin” mifi ilə özünə haqq qazandırıb, digər psixoloji problemi olan qardaşını da 9 il öncə ata mülkündən uzaqlaşdıran, bütün kəndə meydan oxuyan “bacı” var!

Bu “bacı” məxluq 1-ci qrup əlilliyi olan bu qardaşını illərdir ki, zirzəmidə,toyuqlarla bir yerdə saxlayır. Son illərədək hələ qapıya qıfıldan əlavə zəncir də vururmuş. Bilirsizmi niyə? O xəstə qardaş birdən “ağıllanardı” onun adına aldığı pensiya əlindən çıxardı. Ən yaxşısı elə zirzəmidə qıfıllı qalsın deyib. Bütün kənd bilib, susub, əlaqədar qurumlara deməyib”,- deyə Kəmalə Ağazadə yazıb.

Son xəbərlər