Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik aprel ayında havanın qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb

22.04.2019 19:18 2 110
Nazirlik aprel ayında havanın qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, aprel keçid ayı olaraq, havanın son dərəcə qeyri-stabilliyi ilə seçilir.

O qeyd edib ki, şimal yarımkürəsinin atmosferi bütövlükdə yay rejiminin sirkulyasiyasına keçməsinə baxmayaraq, meridianlıq fartorunun yüksək olması hesabına “soyuqların qayıdması” müşahidə edilir: "Ayrı-ayrı anomal soyuq illərdə aprel ayının orta temperaturu normadan 5-6 dərəcə aşağı ola bilər. Bu aprel ayını ümumi xarakterizə edən, keçid dövrü olmasının göstəricisidir. Gündəlik havada isə orta sutkalıq temperaturun ümumi yüksəlməsi fonunda bu soyuq hava kütlələrinin daxil olmasında özünü göstərir. Bəzi hallarda geri qayıdan soyuqlar böyük əraziləri əhatə edir, uzun müddət saxlanılır və kəskin şimal küləkləri ilə müşayiət olunur".

Direktor bildirib ki, aprel ayında soyuq və isti hava kütlələrinin bir-birini əvəz etməsi xüsusilə kontrastlı olur: "Bu isə onunla izah olunur ki, şimalda, qütbətrafı rayonlarda 30 dərəcəlik şaxtalar müşahidə olduğu zaman, cənubda temperatur yay göstəricilərinə yaxınlaşır. Təbii ki, atmosfer sirkulyasiyasının meridional forması şəraitində cənub regionlarının sakinləri üçün qış qayıtmış olur. Aprelin 18-dən 22-dək şimal enliklərindən uzun sürən soyuq hava kütlələrinin daxil olması ölkədə qeyri sabit hava şəraitini yaradıb. Dağ və bəzi dağətəyi rayonlarda yağıntılar qara keçməklə 2-14 sm. qalınlığında qar örtüyü yaranıb".

"Son 5 gün ərzində yağan yağıntıların miqdarı bəzi rayonlarda aylıq normanı keçmişdir. Xüsusilə Böyük Qafqazın rayonlarını qeyd etmək lazımdır. Zaqatalada 130 mm. yağıntı düşmüşdür ki, bu da aylıq normanın 127 faizini təşkil edir. Balakən, Şəki, Oğuz, Qubada – 38-94 mm., 72-92%, Lənkəran-Astara zonasında isə 88-100 mm. düşmüşdür ki, bu da aylıq normanın 140-180 % -ni təşkil edir. Bu günlərdə havanın orta sutkalıq temperaturu iqlim normasından 3,5-6,0 dərəcə, Bakıda isə ayın 20-də normadan 6,6 dərəcə aşağı enib. Bu günlərdə qeyd olunmuş soyuqlar rekord göstərici deyil. Son 2 onillikdə rekord anomaliya 2004-cü ilin 5 aprel tarixində müşahidə olunub ki, bu zaman Bakı şəhərinə çoxlu qar yağmışdır. Ayın 22-də axşam vaxtları, həmçinin aprelin 23-də gecə saatları bəzi rayonlarda intensiv yağıntıların olma ehtimalı saxlanılır. Bununla əlaqədar dağ çaylarında qisamüddətli su basmaları mükündür. 3-cü dekadanın 2-ci yarısında cənub küləklərinin daxil olması fonunda temperaturun artması ilə hava şəraitinin daha stabil olması gözlənilir", - U.Tağıyeva əlavə edib.//report.azскачать dle 11.3
Mojo.az Banner