Mojo.az Banner
13:38 Leyla və Arzu Əliyevalar Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO  |     13:36 Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO  |     13:28 "Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"  |     13:17 Azərbaycanın bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA  |     23:00 Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılıb?  |     22:59 İran FIFA-ya xəbərdarlıq etdi: "Komandanı dərhal meydandan çıxaracağıq"  |     22:28 Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib (FOTO)  |     22:18 Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA  |     21:19 “Turan Tovuz” onunla yeni müqavilə imzaladı  |     21:06 Diabet ən çox bu qan qrupu olanlarda tapılır  |     20:35 Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi  |     20:28 Bakının məşhur bazarı sökülür  |     20:23 Azərbaycanın ilk Milli Qəhrəmanları kimlərdir?  |     20:17 39 saniyədə fəlakət: Venesuela şəhərləri xarabalığa çevirildi - Ölkədə talanlar başladı  |     20:09 Parisdə isti hava səbəbindən spirtli içki satışı qadağan edildi  |     20:02 Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - Deputat açıqladı  |     19:57 Hibrid və elektrik avtomobillərinin idxalında güzəşt olacaq?  |     19:52 Alimlər çovdar çörəyinin orqanizm üçün gözlənilməz faydasını açıqladı  |     19:43 Ebola virusundan ölənlərin sayı artır  |     19:38 Simonyan məhkəmədə Köçəryana qalib gəldi  |    
Left Banner
Right Banner

Bakıda nonsens: Sığınacağa yerləşdirilən körpələrin anası təhdid yağdırır

19.04.2019 20:40 1 815
Bakıda nonsens: Sığınacağa yerləşdirilən körpələrin anası təhdid yağdırır
Median.Az xəbər verir ki, aprelin 17-də Azərbaycan Uşaqlar Birliyinin (AUB) "qaynar xətt"inə 3 azyaşlı ilə bağlı məlumat daxil olub. Sputnik Azərbaycan-ın əməkdaşı artıq bir neçə gündür ki, AUB-un sığınacağında saxlanılan azyaşlıların vəziyyəti ilə bağlı məlumat almağa çalışırdı.

Birliyin sədri Kəmalə Ağazadənin sözlərinə görə, bir neçə gün keçməsinə baxmayaraq, ana sığınacağa gəlməyib: "Bu hadisə ilə əlaqədar olaraq kimlərinsə vasitəsilə bizə anonim zənglər daxil olur, hədə-qorxular edilir. Deyirlər ki, "nəyin əsasında uşaqları aparıblar, buna görə kim ixtiyar verib?". Mən isə bir daha vurğulayıram ki, bütün bu proseslər rəsmi şəkildə, yəni dövlətin qayda-qanunları çərçivəsində həyata keçirilir".

"Bir neçə gün öncə bizə uşaqların səfil vəziyyətdə olması ilə bağlı müraciət daxil olmuşdu. İcra nümayəndəsi, polisin iştirakı ilə vəziyyət qiymətləndirilib və verilən məlumat təsdiqini tapıb. Bundan sonra isə uşaqlarla reabilitasiya aparılacaq" – deyə birlik sədri əlavə edib.

K.Ağazadə uşaqların sənədləri haqda isə bunları deyib: "Ananın böyük övladının 10 yaşı olsa da, onun bu günədək doğum haqda heç bir sənədi olmayıb. O, bu vaxtadək heç məktəbə də getməyib".

Xatırladaq ki, bir neçə gün öncə 3 azyaşlı Nizami rayonunun Keşlə qəsəbəsində kimsəsiz halda aşkarlanıb. Bununla bağlı olaraq Azərbaycan Uşaqlar Birliyi tərəfindən Nizami Rayon İcra Hakimiyyətinin yetkin yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verilib.скачать dle 11.3
Mojo.az Banner