Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Tanınmış həkimi və arvadını öldürən gözətçinin məhkəməsi başlayıb

19.04.2019 17:16 4 261
Tanınmış həkimi və arvadını öldürən gözətçinin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Sabirabad rayon sakini İlqar Xancanovun (1968-ci il təv.) CM-nin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, hadisə ötən il iyulun 15-də Şüvəlan qəsəbəsi, 525 saylı bağ evində baş verib. Əvvəllər həmin evdə gözətçi işləyən İlqar Xancanov oranın sahibi, əməkdar həkim, 72 yaşlı Arzu Şuşalını və onun həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərddən hadisə yerində keçinib.

Cinayəti törədən şəxs izi itirmək üçün hər ikisini "Range Rover" markalı avtomaşına qoyub. Bakı ş. Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən həmin avtomobilin sürücüsünü, özünü şübhəli apardığı üçün saxlayıblar. Avtomobilə yaxınlaşan polis əməkdaşları qadının meyitini və hələ də nəfəs alan Arzu Şuşalını görüblər. Sürücü dərhal saxlanılıb, yaralanan həkim isə xəstəxanaya yerləşdirilsə də, həmin ilin oktyabr ayında orada keçinib.

Xəzər rayon prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb. Məlum olub ki, bağ sahibi hadisədən 2 ay əvvəl, oğurluq və quldurluq əməllərinə görə məhkum olunan İ.Xancanovu işdən çıxarıb. Bundan qəzəblənən sonuncu qısas məqsədi ilə ağır cinayəti törədib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib

İş üzrə baxış aprelin 29-na təyin edilib.

-скачать dle 11.3

Son xəbərlər