İki əsrə tikilmişdi, bir gecəyə külə döndü - Notr-Damın şahidlik etdiyi tarix » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:07 Tramp Ərdoğanla görüşəcək  |     22:06 Gəncədə evə düşən ildırım yanğına səbəb oldu  |     21:29 Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gəlib  |     21:24 Kəlbəcərə yarım saata yaxın dolu yağıb  |     21:18 "Yaxşı edib pul almışam" deyən direktor işdən çıxarıldı  |     21:11 Suriyada İŞİD liderlərindən biri öldürüldü  |     21:04 Bakıda və bir neçə rayonda yaşıllıqlara 165 min manatdan çox ziyan vurulub  |     20:59 Bakıda iki avtobus toqquşdu, tıxac yarandı  |     20:51 Bakıda və rayonlarda güclü küləklə bağlı sarı, narıncı xəbərdarlıq verilib  |     20:45 Azərbaycanda sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək  |     20:39 Məşhur "Formula 1" pilotları Bakıda azarkeşlərlə görüşüblər  |     20:31 Azərbaycanda 11 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib  |     20:25 Erkən nikahla bağlı qanunvericilik sərtləşdirilə bilər  |     20:16 Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ  |     20:10 Sumqayıtda hündürlükdən yıxılan yeniyetmə ölüb  |     20:02 Avqustda pensiya, aylıq müavinət, Prezident təqaüdü alanların sayı açıqlanıb  |     19:57 Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib  |     19:50 Bakıda və bölgələrdə leysan yağacaq - PROQNOZ  |     19:41 Minatəmizləmə fəaliyyətinə dair tələblər müəyyənləşib  |     19:36 Xəzər rayonunda 17 min manatlıq mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb  |    

İki əsrə tikilmişdi, bir gecəyə külə döndü - Notr-Damın şahidlik etdiyi tarix

“Fransanın ürəyi və Avropanın ruhu” adlanan Notr-Dam kilsəsinin yanaraq kül olması tarixsevənləri kədərə boğub.

Əzəmətli “Notre-Dame de Paris” gözlər önündə alışdı və doqquz əsrlik tarixdən geriyə sadəcə kül yığını qaldı. Lakin bu, binanın başına gələn ilk faciə deyil. Qotik üslublu tarixi abidə doqquz əsr boyunca dəfələrlə dağıntılara məruz qalıb.

Median.Az tikilməsi iki əsr çəkən Notr-Dam kilsəsinin “başına gələnləri” ixtisarla təqdim edir:

Notr-Dam və ya Məryəm Ana kilsəsi 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Sullinin təşəbbüsü ilə Parisin başladığı İl de la Site adasında tikilib. Kilsənin yerində əvvəllər Lyutesiya adlı qədim kənd olub.


Qazıntılar zamanı kilsədən Yupiter və digər tanrılara məxsus kadrların tapılması kilsənin yerində əvvəllər məbəd olduğunu göstərir.

Kilsə 1239-cu ildə Müqəddəs Tacın orta əsrlər kral sarayına gətirilməsinə, 1804-cü ildə Napoleonun tacqoyma mərasiminə, fransız siyasətçilərin, prezidentlərin ölümünə - bir çox tarixi hadisələrə şahidlik edib.


Fransa inqilabı dövründə, XVIII əsrin sonlarında Notr-Dam kilsəsi “cəhalətpərəstlərin ocağı” kimi sökülmə təhlükəsi qarşısına olub. Maksimilian Robespyerin sərəncamına əsasən, onun qorunub saxlanılması müqabilində dindar parislilər “inqilabın xərcləri”nin müəyyən hissəsini ödəməli idilər. İnqilab zamanı bir çox monarxiya simvolları məhv edilsə də, Notr-Dam “ayaqda qalmağı bacardı”.

Robespyer şəxsən fransız krallarının heykəllərinin başlarının kəsilməsinə göstəriş vermişdi.

Şpil (binanın üstündəki uzun mil - qeyd.) söküldü, zınqırovları isə toplara çevirdilər, heykəllərin çoxunu dağıtdılar. İtirilmiş bəzi sənət işləri yalnız 200 il sonra qaytarıldı.


1970-ci illlərdə onların bir çoxunu Parisdəki evlərin birində tapdılar. Evin sahibi həmin relikviyaları inqilabçılardan satın alaraq, “yaxşı zamanlar üçün” göz bəbəyi kimi qorumuşdu.

Notr-Dam Fransa imperatoru, Fransa inqilabi ordusunun generalı Napoleon Bonapartın həyatında da önəmli yer tutub.

Napoleon xalq səsverməsindən sonra imperatorluğa layiq bilinərək 2 dekabr 1804-cü ildə Notr-Dam məbədində papa VII Piyin xeyir duası ilə imperator elan edilərək taxta çıxıb.

26 may 1805-ci ildə Milan kafedralında başına Lanqobard krallığının Dəmir tacı qoyularaq İtaliya kralı elan edilib.

Notr-Dam deyəndə ağıla gələn ilk nüanslardan biri də dahi yazıçı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” əsəridir. Hüqo bu kilsənin tarixinə öz qələmi ilə damğa vurmağı bacarıb. Belə ki, 19-cu əsrdə dağılıb-tökülmək üzrə olan kilsənin sökülərək, yerində yenisinin tikilməsi məsələsi gündəmdə idi. Lakin Hüqo qələmini işə salır və kilsəyə roman həsr edir.


Özünün də nəzərdə tutduğu kimi, xalqında öz memarlığına sevgi oyatmağı bacarır.

Hüqo kilsəyə diqqəti artırır, bununla ölümcül vəziyyətdə olan kilsə canlanır, dünyada daha da tanınır. Notr-Dam il ərzində 20 milyondan çox insanın ziyarəti ilə Avropanın ən çox ziyarət edilən məkanına çevrilmişdi.

Kilsə müxtəlif illərdə restavrasiya olunub.

2013-cü ildə 850 illiyi qeyd olunan kilsəyə iki milyon avroluq doqquz zınqırov hədiyyə olunub.


Şüşəli qızılgüllər

Kilsənin XIII əsrə aid üç qızılgüllü pəncərəsi var. Qərb fasadında yerləşən, 1225-ci ildə qurulan diametri 9.6 metr olan ilk və ən balaca qızılgül, diametri 13 metr olan cənub fasaddakı qızılgül kilsə üçün önəmlidir.


İki qala

Ziyarətçilərin çoxu kilsənin qərb fasadındakı iki qotik qalanın qarşısında bir qədər vaxt keçirirdilər. İlk qala tikilməyə 1200-cü ildə başlasa da, şimal tərəfdəki 40 il sonra tamamlanıb.

Bundan 10 il sonra - 1250-ci ildə cənub qalası tikilib. Hər iki qala 68 metr hündürlükdədir və 387 addımla buradan Parisi izləmək mümkün idi. Qalalar eyni görünsələr də, şimal qalası cənubdakından böyük idi.


Qarqoyllar və ximeralar

Notr-Damın “vizit kart”larından sayılan əfsanəvi qarqoyllar (Qarqoyl - memarlıq növü sayılır və yağış suyunu divardan müəyyən bir aralığa boşaltmaq məqsədilə novun bir hissəsini təşkil edir-red.) daha sonralar, 19-cu əsrin ikinci yarısından quraşdırılıb.

Onlar təkcə insan günahlarını və şər qüvvələri tərənnüm etmir, eyni zamanda yığılan yağıntı sularının kənara axıdılması funksiyasını yerinə yetirib, beləcə binanı yağışın potensial fəsadlarından qoruyub.


Fantastik heyvan heykəlləri içində kilsədə ən məşhuru – Striksdir, yarısı qadın, yarısı quş olan varlıq başını əlinə alaraq şəhəri izləyir. Bu mifik varlıqlar Paris xalqı üçün təkcə heyvan deyillər. Onlar qədimdə yox, restavrasiya illərində tikiliblər.


Zınqırovlar

Kilsədə 10 zəng var, onlardan ən böyüyü 23 tondur və Emmanuel adlanır, 1685-ci ildə cənub qalasında qurulub.

Viktor Hüqonun əsərindəki qəhrəman da - görünüşü ilə yerli əhalini qorxudan Kvazimodo kilsədə sığınacaq tapır və zəngi vuran şəxs kimi işləyir.


Qotik şpili

Dünənki hadisədə yanmış şpilin tarixi XII əsrə aiddir. Şpilin hündürlüyü 96 metrdir, Fransız İnqilabı nəticəsində sökülən şpil 1860-cı ildə yenidən tikilib.//oxu.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 502 16.04.19 20:47