Mojo.az Banner
21:34 Özündən 10 yaş böyük kişini qətlə yetirdi  |     21:26 Kürün səviyyəsi qalxıb, nasos stansiyalarına fasilə verilib  |     21:21 Uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb  |     21:12 Türkiyədə məktəbdə faciə: Ölənlər və yaralanan var  |     21:00 Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb  |     20:53 Sabah 25 dərəcə isti olacaq  |     20:42 Bakıda “Land Rover” yandı  |     20:34 Mingəçevirdə qazinin başına butulka ilə vurdular  |     20:20 Avtomobildə sıxılı qalmış sürücü xilas edildi - VİDEO  |     20:15 Bakının bu ərazilərində torpağın sotu 2 milyondur  |     20:07 38 yaşlı sürücü sükan arxasında öldü  |     20:01 Dağıstan üçün 5 milyon ianə etdi  |     19:54 Buraxılış imtahanında maksimum bal toplayanlar niyə kəskin azalıb?  |     19:46 Kiyevdə silahlı şəxs supermarketdə insanları girov götürdü  |     19:32 Ceyhun Bayramov: "Yaxın aylarda Ermənistan-Azərbaycan normallaşma prosesinə dair labüd məsələlərin həlli yekunlaşa bilər"  |     19:29 Paytaxda 100 minə yaxın bina söküləcək  |     19:18 48 gün sonra İrana ilk təyyarə yola düşdü  |     19:16 "Soyadlarda "ov", "yev"i təmizləsən də, milliləşdirmək mümkün olmur”  |     19:14 İran Təhlükəsizlik Şurasından Hörmüz boğazı ilə bağlı VACİB AÇIQLAMA  |     18:42 Külli miqdarda narkotiki Azərbaycana keçirmək istədi  |    
Left Banner
Right Banner

Rusiya millisinin baş məşqçisi: "Ayaz Quliyevlə tanış deyiləm, onunla söhbətimiz də olmayıb"

15.04.2019 21:36 4 646
Rusiya millisinin baş məşqçisi:
Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov "Spartak"da çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyevlə bağlı insidentə münasibətini açıqlayıb.

Median.Az
report-a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis "Matç TV"yə müsahibəsində 23 yaşlı yarımmüdafiəçinin ABŞ vətəndaşı ilə münaqişəsinə dair fikirlərini bölüşüb.

"Ayaz Quliyevlə tanış deyiləm, onunla söhbətimiz də olmayıb. Dünya çempionatından sonra futbola aidiyyəti olmayan yalnız belə məsələlərdən danışırıq. Bu isə vəziyyəti gərginləşdirir və narahatlıq yaradır", - Çerçesov bildirib.

Baş məşqçi bildirib ki, bu hərəkəti oyunçuya nə klubunda, nə də yığmada müsbət imic qazandırıb: "Mən bilmirəm ki, bizim futbolçulara nə olub. Futbolçu meydanda və meydandan kənarda yığmanın tələblərinə cavab verməlidir. Biz ölkəni təmsil edirik. "Spartak"ın isə belə hadisəyə reaksiya verməməyə ixtiyarı yoxdur".

Qeyd edək ki, Ayaz Quliyev aprelin 11-də Moskvanın Krasnoprudnaya küçəsində idarə etdiyi “Mercedes” markalı avtomobillə işıqforun qırmızı işığına məhəl qoymayaraq piyada xəttini keçən ABŞ vətəndaşı, 29 yaşlı Maykl Kou Con Eliyə toxunub. Daha sonra maşınından düşən yarımmüdafiəçi onunla mübahisə edib və yumruq zərbəsi ilə burnunu qırıb. Dərhal hadisə yerinə polis və təcili tibbi yardım maşını gəlib. Futbolçu əcnəbidən üzr istəyib və bütün xərcləri üzərinə götürüb. Bundan sonra zərərçəkən Quliyevə qarşı heç bir iddiasının olmamasına dair ərizə yazıb. Daha sonra klub futbolçunu heyətdən kənarlaşdırıb və onu cərimələyib.скачать dle 11.3
Mojo.az Banner