Mojo.az Banner
21:19 “Turan Tovuz” onunla yeni müqavilə imzaladı  |     21:06 Diabet ən çox bu qan qrupu olanlarda tapılır  |     20:35 Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi  |     20:28 Bakının məşhur bazarı sökülür  |     20:23 Azərbaycanın ilk Milli Qəhrəmanları kimlərdir?  |     20:17 39 saniyədə fəlakət: Venesuela şəhərləri xarabalığa çevirildi - Ölkədə talanlar başladı  |     20:09 Parisdə isti hava səbəbindən spirtli içki satışı qadağan edildi  |     20:02 Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - Deputat açıqladı  |     19:57 Hibrid və elektrik avtomobillərinin idxalında güzəşt olacaq?  |     19:52 Alimlər çovdar çörəyinin orqanizm üçün gözlənilməz faydasını açıqladı  |     19:43 Ebola virusundan ölənlərin sayı artır  |     19:38 Simonyan məhkəmədə Köçəryana qalib gəldi  |     19:30 Çaylardan sel keçəcək - Xəbərdarlıq  |     19:24 "Hyundai" 96 min avtomobilini geri çağırır - SƏBƏB  |     19:15 İrəvandan sonra Bakıya gələcək  |     19:10 Azərbaycanda həbsdə evlənənlərin sayı açıqlandı  |     19:03 Yük maşını minik avtomobili ilə toqquşdu - Video  |     18:43 Yaponiyada güclü zəlzələ baş verib  |     18:26 İsmayıllı sakini kanalda boğuldu - Axtarılır  |     17:59 Elman Himayətoğluna "Zirə"də VƏZİFƏ VERİLDİ  |    
Left Banner
Right Banner

Azərbaycanda qızıl axtardılar, qədim abidə çıxdı – VİDEO

13.04.2019 20:42 1 509
Azərbaycanda qızıl axtardılar, qədim abidə çıxdı – VİDEO
Tovuzda naməlum şəxslər dağın ətəyində qazıntı işləri aparıblar. Qazıntının qızıl tapmaq məqsədilə aparıldığı iddia edilir. Lakin qazıntılar zamanı daha dəyərli hesab edilə biləcək materiallar tapılıb.

Median.Az
-ın Xezerxeber.az-a istinadən məlumatına görə, həmin ərazidə Qafqaz Albaniyası dövrünə aid qəbir daşları, qədim quyular və şəhərcik qalıqları aşkar edilib. Dağətəyi ərazidə alban mədəniyyətinə aid bir çox abidənin izləri də var.

Söhbət Tovuz rayonunun Məşədilər kəndindən gedir. Yerli sakinlərin sözlərinə görə, bu ərazi qədim yaşayış məskəni olub. Qəbir daşları olduğu güman edilən sal daşlarının üzərində ucları yarpağa oxşayan xaç işarələri həkk edilib. Bu cür xaçlar isə qədim alban mədəniyyətində mövcud olub. Dağın ucqar hissəsində, sıldırımlı qayaların arasında şəhərcik də yerləşib.

Sakinlərin sözlərinə görə, 1980-ci ildən 1988-ci ilə kimi ermənilər üzdə olan bu cür abidələrin üzərindəki xaçların formasını dəyişməyə cəhd ediblər. Lakin sakinlər bu məkrli addımı anlayaraq bu cəhdin qarşısını alıblar.скачать dle 11.3
Mojo.az Banner