Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

“Formula-1”ə görə bu yollar bağlanacaq - TAM SİYAHI

13.04.2019 17:19 3 166
“Formula-1”ə görə bu yollar bağlanacaq - TAM SİYAHI
"Aprelin 22-dən Formula-1 Azərbaycan Qran-Prisi yarışının keçirilməsi ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək".

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, yarışma Azadlıq meydanından başlayaraq, Puşkin, Xəqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi, Azneft dairəsi və Dənizkənarı bulvar, Neftçilər prospekti marşrutu üzrə keçiriləcək. Bu istiqamətlər üzrə kəsişən, bitişən, paralel olan əksər küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək”.

O bildirib ki, yarış günlərində həmin küçə və prospektlərdə lazımi təhlükəsizlik tədbirləri görüləcək: ”Hazırda həmin küçə və prospektlər üzrə hazırlıq işləri gedir. Qoyulmuş beton maneələr həmin ərazilərdə yol zolaqlarının daralmasına səbəb olub ki, bu da süni sıxlıq yaradır. Bu küçələr üzrə hərəkət edən sürücülərə alternativ yol olaraq başqa ərazilərdən keçməyi tövsiyə edirik. Sürücülər Bayıl qəsəbəsindən Əhmədli qəsəbəsi istiqamətində gedirlərsə, Badamdarda qəsəbədaxili yollarla, Ziya Bünyadov prospektinin köməyi ilə hərəkət etsinlər”.

V.Əsədov deyib ki, hazırda yarışla əlaqədar paytaxtın Azadlıq prospekti, Zərifə Əliyeva küçəsindən Neftçilər prospekti kəsişməsinədək olan hissəsi tam bağlanıb: "Eləcə də Üzeyir Hacıbəyov küçəsi, Puşkin küçəsinin kəsişməsindən Azadlıq küçəsinin kəsişməsinədək olan hissədə 6 hərəkət zolağı 3 hərəkət zolağına çevrilib. Sürücülər bunu nəzərə alsınlar”.

Bölmə rəisi bildirib ki, "Formula-1"in Təşkilat Komitəsi tərəfindən verilmiş informasiya əsasında yollardakı hərəkətlə bağlı Dövlət Yol Polisi tərəfindən əlavə məlumat veriləcək.

Qeyd edək ki, "Formula 1" yarışı 26-28 aprel tarixlərində keçiriləcək. (ONA.az)


Son xəbərlər