Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bağlanan yollar açıldı

26.06.2018 13:53 1 771
Bağlanan yollar açıldı
Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradla əlaqədar iyunun 24-dən 26-a qədər Azadlıq meydanı və ona kəsişən küçə və prospektlərdə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət artıq başa çatıb.

Bunu oxu.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov bildirb.

Onun sözlərinə görə, paytaxtın bütün küçə və prospektləri avtomobillərin hərəkəti üçün açıqdır: “Parad işini bitirib və bütün istiqamətlər üzrə qoyulmuş manelər aradan götürülüb. Təhlükəsizlik tam təmin edilib”.

Vaqif Əsədov qeyd edib ki, hazırda şəhərin mərkəzi küçələrində nisbi sıxlıq yaşanır: “O da qısa zaman ərzində aradan qaldırılacaq. Hər şey yüksək səviyyədə təşkil edilib. Narazılıq qeydə alınmayıb”.

Qeyd edək ki, iyunun 24-dən başlayaraq paytaxtda hərəkət Üzeyir Hacıbəyov küçəsi ilə hərəkətin əksinə olaraq Cavanşir körpüsünün üzərindən keçərək Yusif Səfərova doğru tənzimlənib.

Neftçilər prospektindən gələnlər Rəşid Behbudov küçəsinin kəsişməsindən 28 maya dönəcəklər, Puşkin küçəsindən gələnlər sağa, Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinə, Azadlıq prospektindən gələnlər isə Zərifə Əliyeva küçəsinin kəsişməsindən sağa, Rəşid Behbudov küçəsi istiqamətində hərəkət ediblər.скачать dle 11.3

Son xəbərlər